ƏMAS Platformasında "Ağlabatan uyğunlaşma" hansı hallarda tətbiq edilir?

ƏMAS Platformasında "Ağlabatan uyğunlaşma" hansı hallarda tətbiq edilir?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununa əsasən, ağlabatan uyğunlaşma dedikdə  əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquqlarının və azadlıqlarının digərləri ilə bərabər səviyyədə həyata keçirilməsinin təmin olunması məqsədilə hər bir konkret halda zəruri və mümkün uyğunlaşma və düzəlişlər edilməsi başa düşülür.  Qeyd edək ki, əlilliklə bağlı ağlabatan uyğunlaşmadan imtina əlilliyə görə ayrı-seçkilik hesab edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2021-ci il tarixli, 340 nömrəli qərarı ilə “İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması qaydası” təsdiq edilib.
Həmin qaydaya əsasən, obyektin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması aşağıdakı şəxslərin (təşkilatların) Təşkilata müraciəti əsasında aparılır:
-  əlilliyi olan şəxsin (şəxslərin) və ya onun (onların) qanuni nümayəndəsinin;
-  “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılmış əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarının.
Qaydaya əsasən, ağlabatan uyğunlaşdırılma ilə bağlı müraciət birbaşa təşkilata və ya şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında olan şəxsi kabineti vasitəsilə edilir. Həmçinin, ağlabatan uyğunlaşdırılma ilə bağlı tabeliyində obyekt olan təşkilata “e-sosial” internet portalından ünvanlanmış müraciət nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə təşkilatın şəxsi kabinetində yerləşdirilir və təşkilatın səlahiyyətli şəxsinin mobil telefonuna bu barədə SMS göndərilir.
Göründüyü kimi, ƏMAS altsistemində əliliklə bağlı ağlabatan uyğunlaşma üzrə xüsusi bölmənin yaradılması qanunvericiliyin tələbidir.
Həmin qərara əsasən, təşkilat tərəfindən ağlabatan uyğunlaşdırılmaya dair müraciətin daxil olduğu tarixdən bu Qaydanın 4.1-ci bəndi nəzərə alınmaqla, 15 iş günü müddətində aşağıdakı qərarlardan biri qəbul olunur və müraciət edən şəxsə (təşkilata) bu barədə məlumat verilir:
-  ağlabatan uyğunlaşdırılmanın aparılmasına dair qərar;
- səbəbləri göstərilməklə, ağlabatan uyğunlaşdırılmanın aparılmasından imtinaya dair qərar.
Əgər işəgötürən ağlabatan uyğunlaşdırılmanın aparılmasına dair qərar qəbul edərsə, o zaman  3 ay müddətində ağlabatan uyğunlaşdırılma təmin edilir. 
Əks halda, yəni imtina etdikdə, ağlabatan uyğunlaşdırılmanın aparılmasından imtinaya dair əsaslandırılmış qərar, eləcə də bu Qaydanın 5.3-cü bəndində qeyd olunmuş müddətin sonunda ağlabatan uyğunlaşdırılmanın təmin olunması barədə məlumat təşkilat tərəfindən 2 iş günü müddətində MEİS-ə daxil edilərək, gücləndirilmiş elektron imza ilə təsdiq edilir.
Ağlabatan uyğunlaşdırılmaya misal olaraq, əliliyi olan şəxslərin müəyyən obyektlərə rahat daxil olması üşün pilləkənlərdə xüsusi hissəsini (rampanı) göstərmək olar. Mümkündür ki, əliliyi olan şəxs və ya təşkilat həmin obyektdə rampanın olmaması ilə bağlı işəgötürənə müraciət etsin. Bu zaman müraciət işəgötürənin ƏMAS altsistemində xüsusi bölməyə daxil olur. İşəgötürən 15 iş günü ərzində müraciət edən şəxsə rampanın quraşdırılması haqqında təsdiq və ya imtina qərarını bildirməlidir. Əgər cavab imtina olarsa, bu halda əsaslandırılmalıdır. İşəgötürən obyektdə rampanın quraşdırılması haqqında qərar verərsa, qaydalara uyğun olaraq proses 3 ay ərzində həyata keçirilməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər