PMS Sertifikatının I mərhələsi üzrə 10 ballıq sualların tərkibi niyə dəyişdirildi?

PMS Sertifikatının I mərhələsi üzrə 10 ballıq sualların tərkibi niyə dəyişdirildi?

İqtisad üzrə fəlsəfə doktoru, Dövlət İmtahan Mərkəzinin eksperti Elsevər İbadov: “Yeni suallarla bağlı ictimaiyyət öncədən məlumatlandırılır ki, iştirakçılar üçün imtahana hazırlaşmaq daha rahat olsun”

İqtisad üzrə fəlsəfə doktoru, Dövlət İmtahan Mərkəzinin eksperti Elsevər İbadov PMS Sertifikatı (I mərhələ) üzrə imtahan proqramının dəyişdirilməsi ilə bağlı sualı cavablandırıb: “Öncəlliklə bildirmək istəyirəm ki, PMS sertifikatı üzrə imtahan proqramında hər hansı dəyişiklik yoxdur. Sadəcə olaraq PMS Sertifikatı (I mərhələ) üzrə 10 ballıq tapşırıqlarda yeni mövzuda sual tipi hazırlanaraq imtahan iştirakçılarının istifadəsinə verilməsi planlaşdırılır. Yeni suallarla bağlı ictimaiyyət öncədən məlumatlandırılır ki, iştirakçılar üçün imtahana hazırlaşmaq daha rahat olsun. Düzdür, beynəlxalq imtahanlarda yeni tip sualların daxil edilməsi ilə bağlı məlumatlandırma uzun müddət öncədən həyata keçirilir. Biz də növbəti və ya gələcək imtahanlarda yeni tip sualların əlavə edilməsi haqqında məlumatları iştirakçılara öncədən bildiririk.”

Məlumat üçün bildirək ki, PMS Sertifikatı (I mərhələ) üzrə imtahanların növbəti mərhələlərində 10 ballıq tapşırıqların tərkibinə maliyyə nəticələri haqqında hesabatın tərtib olunması ilə bağlı yeni sualın əlavə olunması nəzərdə tutulur.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
3. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr
4. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
5. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
6. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
7.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər