PMS sertifikatı imtahanlarında 10 ballıq suallarda ƏDV-nin əvəzləşdirilməsi və yeni dəyişikliklər

PMS sertifikatı imtahanlarında 10 ballıq suallarda ƏDV-nin əvəzləşdirilməsi və yeni dəyişikliklər

Satışı davam edən "PMS Sertifikatı - II mərhələ" (III nəşr) kitabından seçmə

ƏDV ilə bağlı məqamların daha birinə -  ƏDV-nin əvəzləşdirilməsi hallarına aydınlıq gətirək.  Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən, hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt əvəzləşdirilən ƏDV-nin vaxtı müəyyən olunacaq. 
Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. 
Misal üçün, ƏDV ödəyicisi əməliyyatın dəyərini nağd ödəyərsə, onu əvəzləşdirmək hüququnu itirəcək. Digər hal ondan ibarətdir ki, ƏDV ödəyicisi ƏDV məbləğini depozit hesabına yox, qarşı tərəfin bank hesabına ödədiyi halda əvəzləşdirmə hüququnu itirəcək.
ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı Vergi Məcəlləsində 1 yanvar 2024-cü il tarixdə 6 önəmli dəyişiklik həyata keçirilib:
-    təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi əvəzləşdirilən ƏDV-nin vaxtı hesab edilir.  
-    notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi əvəzləşdirilən ƏDV-nin vaxtı hesab edilir.
-    Nazirlər Kabinetinin qərarı ilə müəyyən ediləcək nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclər əsasında yaranan ƏDV ödənişlərinin əvəzləşdirilməsinə icazə verilir;
-    əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər Vergi Məcəlləsinin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
- idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri idxal etdikləri kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malik olacaq.
-    Alınmış mallarla (işlərlə, xidmətlərlə) bağlı yaranmış borclar üzrə faktorinq (tələbin güzəşti) əməliyyatları çərçivəsində əməliyyatın dəyəri faktorun (tələb güzəşt edilən şəxsin) bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənildikdə ödənilmiş ƏDV məbləği əvəzləşdirilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər