Mühasibat uçotunun elektron formada aparılması tələbi vergi orqanının elektron auditinə xidmət edəcək? (VACİB MƏQAMLAR)

Mühasibat uçotunun elektron formada aparılması tələbi vergi orqanının elektron auditinə xidmət edəcək? (VACİB MƏQAMLAR)

Xəbər verdiyimiz zamanı, Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun elektron formada aparılması mərhələləri müəyyən edilib.

Fərmanın tələblərinə haqqında məlumat verməmişdən öncə bəzi məqamlara aydınlıq gətirəciyik.  Fərmanla eyni gündə “Mühasibat uçotu haqqında” AR Qanununa da dəyişiklik edilib.  Həmin qanuna edilən əlavə edilən 3.1-1-ci maddəyə əsasən, aşağıdakı mühasibat uçotu subyektlərində mühasibat uçotu elektron formada aparılmalıdır:

- iri sahibkarlıq subyektlərində;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektlərində (Fərmana uyğun olaraq);

- qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərində;

-  illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslərdə (Azərbaycan Respublikasının Mərkəzi Bankına şamil edilmir).

Mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektlərinin (hüquqi və fiziki şəxslərin) siyahısını hazırlanması Vergi Məcəlləsinin 16.1.3-1-ci maddəsinin tələblərinə uyğun olub. Vergi Məcəlləsinin 16.1.3-1-ci maddəsinə əsasən, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi hesab edilir. Qeyd edək ki, bu maddə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslərlə bağlı ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minir.

Artıq “Mühasibat uçotu haqqında” Qanun qüvvəyə mindiyi üçün, mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektləri tərəfindən İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən məlumatlar vergi orqanına təqdim ediləcək. Vergi orqanında olan həmin məlumatlar vergi ödəyiciləri tərəfindən həyata keçirilən əməliyyatların sayının, habelə dövriyyələrinin çox olması vergi orqanları tərəfindən onların fəaliyyəti üzrə vergi nəzarəti tədbirlərinin daha sürətli və əhatəli, daha az resurslar cəlb edilməklə həyata keçirilməsi üçün şərait yaradacaq. Bu səbəbdən də, vergi orqanı həmin məlumatlar əsasında elektron audit həyata keçirilməsini təşkil edəcək. Qeyd edək ki, Vergi Məcəlləsinin 13.2.68-ci maddəsinə əsasən, elektron audit vergi ödəyicisinin elektron formatda saxlanılan maliyyə (mühasibat) məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradılmaqla aparılan vergi yoxlamasıdır.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəinə əsasən,  mühasibat uçotu subyekti tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Yekun olaraq,  Fərmanla müəyyən edilən orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun elektron formada aparılması mərhələləri qeyd edirik:

- Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə xidmətlərini göstərən şəxslər – 2024-cü il yanvarın 1-dən;

- telekommunikasiya xidmətləri göstərən şəxslər – 2024-cü il aprelin 1-dən;

- yanacaqdoldurma məntəqələrində neft və qaz məhsullarının satışı ilə məşğul olan şəxslər – 2024-cü il iyulun 1-dən;

- idman mərc oyunlarının operatoru – 2024-cü il oktyabrın 1-dən;

- digər orta sahibkarlıq subyektləri – 2027-ci il yanvarın 1-dən.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - artıq satışda

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr)

3. A-dan Z-yə: Kargüzarlıq

4. Əmək Qanuvericiliyi Toplusu 2023

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - 25 yanvar 2024-cü il tarixdən satışda

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - 30 yanvar 2024-cü il tarixdən satışda

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

8. Əmək Bələdçisi - 2024 - 30 yanvar 2024-cü il tarixdən satışda

9. Əmək Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

10.  Vergi Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr)  1 fevral 2024-cü il tarixdən satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - 1 mart 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - 1 aprel 2024-cü il tarixdən satışda

1 Komment

  1. Arzu 23 Yanvar 2024

    Erze ne yazı zəhmət olmasa deyerdiz

Şərh yazın

Xəbərlər