PMS imtahanının 10 ballıq sualları zamanı ilkin mərhələdəki səhv növbəti balların hesablanmasına necə təsir edir?

PMS imtahanının 10 ballıq sualları zamanı ilkin mərhələdəki səhv növbəti balların hesablanmasına necə təsir edir?

Dövlət İmtahan Mərkəzinin aparıcı məsləhətçisi Faiq Abdullayev və  İqtisadiyyat üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Elsevər İbadovun sualla bağlı mövqeyi

Dövlət İmtahan Mərkəzi “Peşəkar Mühasib Sertifikatı imtahanlarında istifadə olunan açıq tipli test tapşırıqlarının cavablandırılması metodologiyası” mövzusunda canlı yayım həyata keçirib. Həmkarımız Vaqif Bayramov balların hesablanması ilə bağlı maraqlı sual iştirakçılara müraciət edib: “Bəzi hallarda ilkin prosesdə etdiyimiz səhv ümümi nəticələrin düzgün alınmasına neqativ təsir edir.  Bu cür halda ilkin mərhələdəki yoxsa nəticəsi təsir edən bütün mərhələlər üzrə bal azadılır?".

Dövlət İmtahan Mərkəzinin aparıcı məsləhətçisi Faiq Abdullayev bildirib ki, ilkin mərhələdə baş verən səhvin növbəti ballara ciddi təsiri olur: “Təbii ki, hər hansı müəsissədə gəlirdən çıxılan xərci düzgün müəyyən etməsiniz, həmin səhv bütün əməliyyatlara o cümlədən mənfəətin hesablanmasına təsir edir. Nəticədə həmin əməliyyatlarla bağlı yeku hesabat  da səhv olacaq. Bu halda da həmin hesabatı düzgün tərtib olunmaması anlamına gəlir".

İqtisadiyyat üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Elsevər İbadov isə məsələyə digər prizmadan yanaşıb: “Həmkarımızın sualında haqlı məqamlar mövcuddur. Bəzən torpaq, tikili və avandalığının ilkin dəyəri səhv tapıldıqda, həmin əməliyyat üzrə amortizasiya və yenidən qiymətləndirmə hesablanması üzrə cavablar da yalnış olur. Qiymətləndirmə zamanı ilkin mərhələdə olan səhv nəzərə alındığından eyni səhvə təkrar cəzalandırma mexanizmi tətbiq edlmir. Təbii ki, ilkin mərhələdəki səhvə görə yekun bal maksimum da olmayacaq".

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər