Baş Nazirdən Peşəkar mühasib olmaq istəyənləri sevindiricək QƏRAR
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı 10 dekabr 2021-ci il, 388 saylı qərarı ilə peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətləri ilə bağlı qərara düzəliş edilib.
“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 oktyabr tarixli 464 nömrəli qərarına dəyişiklik edilib. Qərara əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsi müddətləri və ardıcıllığı aşağıdakı kimi müəyyən ediləcək:
- illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri - 2021-ci il yox, 2022-ci ilin 30 dekabrınadək;
- iri və ortasahibkarlıq subyektlərinin baş mühasibləri – 2022-ci il yox 2023-cü ilin 30 dekabrınadək;
- paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin baş mühasibləri - 2022-ci il yox, 2023-cü ilin 30 dekabrınadək;
- qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri - 2022-ci il yox, 2023-cü ilin 30 dekabrınadək;
- büdcə təşkilatları üzrə:
5.1. mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2021-ci il yox, 2022-ci ilin 30 dekabrınadək;
5.2. yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2022-ci il yox, 2023-cü ilin 30 dekabrınadək.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45 (40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya