Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə müavinət ödənilir?
Satışı yekunlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Əsasnamənin 28-ci bəndində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmək qabiliyyətinin itirilməsi halında müavinət ödənilib-ödənilməməsi məsələsinə də aydınlıq gətirilib. Həmin bənddə qeyd edilir ki, sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqına, gəlirlərinə (əmək haqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əmək haqqı, qonorar və s.) əsas götürülür.
MİsaL. Xidmət sahəsində fəaliyyət göstərən və 15 il staji olan fərdi sahibkar 16 fevral 2021-ci il tarixdə əmək qabiliyyətini 6 günlük itirib. Bu zaman əvvəlki 12 ayın qazancı olaraq minimum əmək haqqı əsas götürüləcək. Həmin on iki ayda minimum əmək haqqı 250 manat olunduğundan gəliri 3 000 manat (250 manat (minimum əmək haqqı) x 12 ay) olacaq. Öncəki misallarda qeyd etdiyimiz kimi, fevral 2020-ci ildən yanvar 2021-cu il tarixə kimi 241 gün iş günü var.
O zaman fiziki şəxsə əmək qabiliyyətinin müvəqqəti itirlməsinə görə müavinət məbləği aşadığdakı kimi hesablanacaq:
Müavinətin məbləği = (((Əvvəlki 12 ayın qazancı) / (Əvvəlki 12 ayda iş günlərin sayı) x Müavinət dövründəki iş günlərin sayı) x (Staj və kateqoriyaya görə faiz).
Müavinətin məbləği = (((3000 manat) / (241 gün) x 4 gün) x (100 faiz)= 49,79 manat.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya