Altay Cəfərovun təqdimatında: Kassa kitabının tərtib edilməməsinin məsuliyyəti

Altay Cəfərovun təqdimatında: Kassa kitabının tərtib edilməməsinin məsuliyyəti

İşgüzar prosesin mühüm elementlərindən biri də kassa kitabıdır. Kassa kitabının olmaması hansı məsuliyyətin yaranmasına səbəb ola bilər? Suala sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

“Kassa əməliyyatlarının aparılması haqqında” Qaydalarda göstərilir ki, pul vəsaitlərinin hərəkəti bu Qaydaya uyğun olaraq uçot sənədləri (kassa kitabı, kassa mədaxil və məxaric orderləri, qəbzlər, çeklər, bank ödəniş sənədi, elektron qaimə-faktura, alış aktları, elektron alış aktları, təhvil-qəbul aktları və digər təsdiqedici sənədlər) ilə rəsmiləşdirilmədikdə və ya həmin sənədlər mövcud olmadıqda, bu hallar pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması kimi qiymətləndirilir.

Vergi Məcəlləsinin 58.8.1-ci maddəsində isə yazılıb ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına – pul vəsaitinin 1.000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə 1.000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1.000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Təcrübi fəaliyyətdə Vergi Məcəlləsinin və Qaydaların bu müddəalarını əlaqənləndirmək lazım gəlir. Məcəllədə “uçotdan yayındırılma” dedikdə pul vəsailtərinin uçotdan gizlədilməsi və uçota alınmaması nəzərdə tutulur.

Qaydalarda göstərilən “.. kimi qiymətləndirilir” ifadəsi isə həmin sənədlərin olmamasının uçotdan gizlədilməsi və ya uçota alınmaması mənasını daşımır. Yəni kimsə siyahıda göstərilən sənədlərin olmamasını gizlədilmə kimi “qiymətləndirə bilər”, lakin vergi ödəyicisi vəsaitin kassadan silinməsini sübut etdikdə “qiymətləndirmə” qüvvəsini itirir.

Burada əsas olan vəsaitin kassadan silinməsidir. Bundan əlavə, qaydalarda “uçot sənədləri” adı altında böyük siyahı təqdim olunub və sonda “... digər təsdiqedici sənədlər” ifadəsi qeyd edilib. Belə bir məntiqi nəticə çıxarmaq olar ki, “uçot sənədlərinin olmaması” – siyahıdakı bütün sənədlərin və digər təsdiqedici sənədlərin olmaması deməkdir. Təkcə kassa kitabının olmaması uçotun pozulması və ya uçot sənədlərinin olmaması demək deyil.

Misal: Tutaq ki, mədaxili, məxarici təsdiq edən bütün sənədlər mövcuddur, kassa mədaxil, məxaric orderləri yazılıb. Və ya sənədlər var, kassa mədaxil və ya məxaric orderləri yazılmayıb. Ancaq hər iki halda kassa kitabı yoxdur. Bu, uçotun olmaması, uçotda gizlədilmə sayıla bilərmi? Təsdiqedici sənədlər olduğuna görə sayıla bilməz. Çünki vəsaitlərin mədaxili və məxarici sənədlərlə sübut olunur. Ona görə də belə hallar uçotdan gizlədilmə və ya uçotdan yayandırılma kimi qiymətləndirilmir.

Bunlara baxmayaraq, yaxşı olardı ki, vergi ödəyiciləri bütün kassa əməliyyatlarına aid kassa sənədlərini qaydalara uyğun rəsmiləşdirsinlər və kassa kitabını da tərtib etsinlər ki, sonradan problemlərlə rastlaşmasınlar.

Mənbə: Vergiler.az

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın