Hansı halda təhtəlhesab şəxs aylıq limitdən yuxarı vəsait xərcləyə bilər? (Qaydaların izahı)
Satışı yekunlaşmaqda olan “Vergi uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə
“Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası”nın 2.6-cı bəndində təqvim ayı ərzində təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləğləri ilə bağlı aşağıdakı istisnalar qeyd edilib:
- “Nağdsız hesablaşmalar” haqqında AR Qanununun 3.5-ci maddəsində göstərilən malların alışı;
Həmin qanunun 3.5-ci maddəsinə əasən, vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada alınan aşağıdakı mallar üzrə məxaric aylıq limitə daxil edilmir:
- kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
- əlvan və qara metal qırıntılarının qəbulu;
- utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
- utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;
- xam dərinin tədarükü (alışı).
Mİsal. ƏDV ödəyicisi ay ərzində kassadan təhtəlhesab şəxsə 40 000 manat məbləğində vəsait məxaric edib. Onun 12 000 manatı kənd təsərrüfatı məhsullarının istehsalçılarından məhsulların qəbuluna sərf olunub. Bu halda aylıq məxaric 40 000 manat olsa da, limit həddi aşılmayıb.
- vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsi
Mİsal. Sadələşdirilmiş vergi ödəyicisi təqvim ayı ərzində təhtəlhesab şəxs vasitəsilə 40 000 manatı vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsinə sərf edib. Təbii ki, dövlət qurumlarının özünə ödənişlər birbaşa olmadığı üçün, həmin vəsaitlər poçt, yığım qəbul edən qurumun bank hesabı və (və ya) ödəniş terminalları vasitəsilə həyata keçirilib. Bu halda vergi ödəyicisi nağd əməliyyatlar üzrə qaydaları pozmuş sayılmır, çünki təqvim üçün aylıq limitə vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsi məbləğləri daxil edilmir.
- bank hesabına pul vəsaitinin mədaxil olunması üçün təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləği
Bu hal vergi ödəyicisinin kassa hesabına yığılan vəsaitlərin bank hesabına qoyulması ilə bağlıdır.
Mİsal. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisinin 2021-ci ilin fevral ayı ərzində kassasına daxil olan 25000 manat vəsait təhtəlhesab şəxs vasitəsilə bank hesabına yerləşdirilib. Sadələşdirilmiş vergi ödəyicisinin aylıq limitinin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə 15 000 manat müəyyən edilməsinə baxmayaraq, 25 000 manat təhtəlhesab şəxs vasitəsilə bank hesabına yerləşdirildiyi üçün limitə aid edilməyəcək.
2021-ci ilin fevral ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın