Uçotda olmayan amma faktiki sahibliyində olan malların rəsmiləşdirilməsi necə həyata keçirilməlidir?

Uçotda olmayan amma faktiki sahibliyində olan malların rəsmiləşdirilməsi necə həyata keçirilməlidir?

Satışına start verilən "Vergi Məcəlləsi. Ümumi hissənin şərhi" kitabından seçmə

Təcrübədə vergi ödəyiciləri qiymətləndirmə şirkəti və ya audit lizensiyası olan auditoru dəvət edərək, uçotda olmayan malları qiymətləndirir, uçota alır və bunu nizamnamə kapitalına qoyuluş kimi sənədləşdirirlər. Bəzi vergi ödəyiciləri hesab edirlər ki, kənar şəxslər tərəfindən malları üzrə qiymətləndirmə aktları vergi orqanı üçün malların mədaxil sənədi hesab ediləcək və qiymətləndirilən, amma uçotda olmayan mallara görə maliyyə sanksiyaları tətbiq olunmayacaq.

Vergi orqanı vergi ödəyicisinin anbarında aşkar edilən, elektron qaimə-faktura tərtib edilmədən alınmış malların sənədləşdirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 16 iyul 2013-cü il tarixli, Q-17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nın 3.7-ci bəndinə əsasən, uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən torpaq, tikili və avadanlıqlar bazar qiymətlərinə uyğun qiymətləndirilir və onların mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədilə müvafiq aktla rəsmiləşdirilir.

Bu da o deməkdir ki, vergi orqanı tərəfindən uçotda olmayan mallar bazar qiyməti ilə uçota alınacaq və həmin malların dəyəri vergi ödəyicisinin satışdankənar gəliri hesab ediləcək. Mümkündür ki, vergi orqanı malların bazar qiymətini müəyyənləşdirmək üçün ekspert və ya mütəxəssis xidmətindən istifadə etsin.

Mİsal. Vergi orqanı keçirdiyi vergi nəzarəti tədbirləri nəticəsində 1050 sayda tikinti materialları hesab edilən malların uçotda olmadığını müəyyən edib. Bu halda vergi orqanı həmin malların bazar qiymətini ekspert dəvət etməklə müəyyən edib. Ekspertin verdiyi rəyə əsasən, malların birinin bazar qiyməti 6, 20 manat götürülüb. Bu halda 6510 manat (1050 say x 6.20 manat) vergi ödəyicisinin satışdankənar gəliri hesab edilir. Vergi ödəyicisi həmin malları təqdim etdikcə, malların dəyərini xərc kimi tanımalıdır.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Perviz 19 Fevral 2021

    Salam, vergi əməkdaşı uçotda olmayan malları aşkarladıqda hər hansı bir maliyyə sanksiyası tətbiq edirmi?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər