Ezamiyyə normalarının yeni dəyişikliyi ilə bağlı 3 vacib məqam (ŞƏRH + MİSAL)

Ezamiyyə normalarının yeni dəyişikliyi ilə bağlı 3 vacib məqam (ŞƏRH + MİSAL)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı  27 yanvar 2021-ci il tarixli, 13 saylı qərarı ilə “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. Mks.az saytının ekspertləri dəyişikliklə bağlı 3 vacib məqamı diqqətinizə çatdırır.

Birinci məqam. İstər respublika ərazisi daxili istərsə də xarici ezamiyyə normalarının məbləğində hər hansı dəyişiklik olmayıb. 

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilib. 

İkinci məqam. Mehmanxana xərci üçün təsdiqedici sənədin olmadıqda ezamiyyə normasının 50 faiz hesablanması tətbiq olunmayacaq.

Nazirlər Kabinetinin 14 saylı qərarında bildirilir ki,  Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Bundan əlavə, Qərarın 1-1-ci hissəsində qeyd edilirdi ki,  Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir. Yeni qərarla 14 saylı qərarın 1-1-ci hissəsi ləğv edilir. 

Dəyişikliyi misalla izah edək.

Dəyişikliyə qədər: İşçi Gəncə şəhərinə 2 günlük ezam olunduqda, işəgötürən tərəfindən ona  84 (70 (1 günlük norma)+ 14 ((70 manat x 20 faiz (2-ci gün üçün yanlız gündəlik xərc)) ödənilirdi. Əgər işçi mehmanxana ilə bağlı təsdiqedici sənəd təqdim etmədiyi halda o zaman işçi 28 manat yəni, 56 manatlıq mehmanxana xərcininin yarısını ((70 manat x 80 faiz) x 50 faiz) geri qaytarmalı idi.

Mövcud qayda: İşçi Gəncə şəhərinə 2 günlük ezam olunduqda, işəgötürən tərəfindən ona  84 manat  (70 (1 günlük norma)+ 14 ((70 manat x 20 faiz (2-ci gün üçün yanlız gündəlik xərc)) ödənilir. İşçi mehmanxana xərci üçün də təsdiqedici sənəd təqdim etməsə də, hər hansı məbləği geri qaytarmir.

Yeni dəyişikliyin müsbət cəhəti odur ki, işçinin ezam olunduğu ərazidə oteldə qalması mütləq tələb olunmur və işəgötürən işçidən ezamiyyə normasına daxil edilən gündəlik xərclərlə yanaşı mehmanxana xərci üçün təsdiqedici sənəd tələb etməyəcək.

Üçüncü məqam. Ezamiyyə qaydalarına mehmanxana xərci ilə ilə bağlı dəyişiklik ediləcək.

Nazirlər Kabinetinin yeni, 13 saylı qərarında qeyd edilir ki,  Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2 ay müddətində “İşçilərin ezamiyyə qaydaları”nda müvafiq dəyişikliklər edilməsini təmin etsinlər.

Məlumat üçün bildirək ki, qaydaların "Respublika ərazisi daxilində ezamiyyələr " bölməsində aşağıdakı abzasın dəyişdirilməsi nəzərdə tutulur:

Mehmanxana xərcləri - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsi daxilində müvafiq təsdiqedici sənədlər əsasında, təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında ödənilir.

2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 
 

1 Komment

  1. Rəhimov Rüfət 03 Mart 2022

    Salam ! Əgər Gəncədən Bakıya həkimlər təkmilləşdirmə kursuna göndəilirsə 12 günlük bunlara hansı ezamiyyə xərcləri ödənilməlidir ?

Şərh yazın

Xəbərlər