Fərdi sahibkar rüb ərzində tam aylar üzrə işləmədikdə, icbari tibbi sığorta necə hesablanacaq?

Fərdi sahibkar rüb ərzində tam aylar üzrə işləmədikdə, icbari tibbi sığorta necə hesablanacaq?

Dünəndən satışına start verilən “Vergi uçotu: A-dan Z-yə”(III nəşr) kitabından seçmə

“Tibbi sığorta haqqında” AR Qanunun 15-2.2.2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər. Maddədən göründüyü kimi, vergi ödəyicisi  sahibkarlıq fəaliyyətinin olmadığı dövrlər üçün icbari tibbi sığorta haqqının hesablanmasını həyata keçirməyəcək.

Misal 1. Fərdi sahibkarın təqdim etdiyi rüblük hesabata əsasən, 2021-ci ilin yanvar və fevral ayları üzrə fəaliyyətinin olmadığın bəyan edib. Vergi ödəyicisi bu halda sahibkarlıq fəaliyyətinin olduğu mart ayı üzrə minimum əmək haqqının (250 manatın) 4 faizi - 10 manat məbləğində icbari tibbi sığorta haqqı hesablayaraq bəyan edəcək.

Misal 2.  Fərdi sahibkar vergi orqanına təqdim etdiyi 1 iyul 2021-ci il tarixindən etibarən fəaliyyətini 5 illik müddətə müvəqqəti dayandırıb. Artıq həmin müddət üzrə icbari tibbi sığorta haqqı hesablanması həyata keçirilməyəcək və həmin şəxs qeyd edilən dövrlər üçün hesabat təqdim etməyəcək.

 

2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər