Təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin məbləği üzrə limit necə müəyyən edilir?

Təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin məbləği üzrə limit necə müəyyən edilir?

Satışı davam edən "Vergi Məcəlləsi. Ümumi hissəsinin izahı" kitabından seçmə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli, 365 nömrəli Qərarı ilə “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması” qaydası təsdiq edilib. Həmin qaydalarla bağlı altı məqama diqqət yetirək.

...

Üçüncü məqam. Təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin məbləği nağd məxaric əməliyyatları üzrə aylıq limitdən çox ola bilməz.
Təqvim ayı ərzində təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləği “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilən hədlərlə məhdudlaşdırılır (həmin Qanunun 3.5-ci maddəsində göstərilən malların alışı, habelə vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsi və bank hesabına pul vəsaitinin mədaxil olunması üçün təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləği istisna olmaqla).

Misal 1. ƏDV ödəyicisi olan vergi ödəyicisinin təqvim ayı ərzində təhtəlhesab şəxslə nağd məxaric əməliyyatlarının icazə verilən həddi “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 30 000 manatdan çox ola bilməz. Amma burda bir məqamı nəzərə almaq lazımdır ki, təhtəlhesab şəxs tərəfindən kassaya geri qaytarılan məbləğ limitə daxil edilmir.
Vergi ödəyicisi ay ərzində təhtəlhesab şəxsə 35000 manat ödəniş etsə də, təhtəlhesab şəxs dövr ərzində 7 000 manatı geri qaytarıb. Bu halda ƏDV ödəyicisinə nağd məxaric əməliyyatlarının miqdarınə görə maliyyə sanksiyası tətbiq edilməyəcək, çünki təhtəlhesab şəxslərlə hesablaşmalar 28 000 manat (35 000 – 7 000) olduğu üçün “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilən 30 000 manatlıq limitdən azdır.

2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
 
Kitabı sifarış üçün əlaqə vasitələri: (050)368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər