YENİ! Fərdi sahibkarın AYLIQ sosial ayırmaları üzrə CİDDİ ARTIM (Misallarla izah)

YENİ! Fərdi sahibkarın AYLIQ sosial ayırmaları üzrə CİDDİ ARTIM (Misallarla izah)

Növbəti həftədən satışda olacaq, Anar Bayramovun müəllifi olduğu "Vergi uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 8 may 2020-ci il, 89-VIQD saylı Qanuna əsasən,  1 yanvar 2021-ci il tarixdən muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək: 

sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının: 

Bakı şəhərində 100 faizi;

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;

digər şəhərlərdə 80 faizi;

rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;

kənd yerlərində 50 faizi miqdarında.

Maddədə diqqət cəlb edən məqamlardan biri odur ki ticarət fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar artıq “digər sahələr” kateqoriyası üzrə məcburi dövlət sosial sığorta haqqı hesablayacaqlar.

1 yanvar 2021-ci ildən sonra fərdi sahibkarlar tərəfindən hesablanan məcburi dövlət sosial sığorta  haqqları aşağıdakı cədvəldə kimidir:

Qeyd: Ölkə üzrə minimum aylıq əmək haqqı 250 manat təşkil edir.

 Qeyd edək ki, 1 aprel 2020 – 31 dekabr 2021-ci il üzrə fərdi sahibkarlar tərəfindən hesablanan məcburi dövlət sosial sığorta  haqqları aşağıdakı kimi olub.

Cədvəldən göründüyü kimi, bəzi məcburi dövlət sosial sığorta  haqqlarında artımlar olub.

Misal 1. Bakı şəhərində xidmət sahəsi üzrə fəaliyyət göstərən fərdi sahibkarın 2020-ci ilin dekabr ayında aylıq 37.50 manat təşkil edirdisə, 2021-ci ildə bu məbləğ 62,50 manat kimi nəzərə alınmalıdır.  Göründüyü kimi, fərdi sahibkarın 2021-ci ildə ödəcəyi məcburi dövlət sosial sığorta haqqları üzrə 25  (62.50 -37.50) manat və ya 66,67 faiz artım olub.

Misal 2. Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən fərdi sahibkar 2020-ci ilin dekabr ayında 62,50 manat hesablama edirdisə, 2021-ci ilin yanvarından 100 faiz artım olmaqla 125,00 manat hesablayacaq.

Misal 3. Bakı şəhərində pərakəndə və ya topdansatış ticarət fəaliyyəti ilə məşğul olan fərdi sahibkar 2020-ci ilin dekabr ayında 62,50 manat hesablama edirdisə, 2021-ci il tarixdən də eyni məbləği – 62, 50 manat hesablayacaq. Səbəb odur ki, “Sosial sığorta haqqında” AR Qanununa edilən dəyişikliyə əsasən, 1 yanvar 2021-ci il tarixdən ticarət fəaliyyəti məcburi dövlət sosial sığorta haqqının hesablanması zamanı  “digər sahələr” kateqoriyasına aid edilir.

2021-ci ilin yanvar ayından satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
 
Kitabı sifariş etmək və ya öncədən ödənişləri həyata keçirmək istəyənlər şərh hissəsinə, [email protected] adressinə yazmaqla və ya 012-564-86-85, 012-368-12-72 nömrələri ilə əlaqə saxlamaqla fikirlərini bildirə bilərlər.

2 Komment

  1. Arif 10 Yanvar 2021

    İcbari tibbi sığorta haqlarının tutulma qaydasında mena Sahibkar (voen ile isleyan) maraqlidir.burda Hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250-dır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həmin məbləğin 4%-i, yəni aylıq 10AZN (250*4%=10) icbari tibbi sığorta haqqı ödəməlidirlər..Eger emek muqavilesi ile isleyan isciye 250 emek haqqi odenilirse o zaman isegoturen-1% ve isci 1 % cemi 2% odenis olur.(250*2%=5) .Amma Sahibkar kimi 10AZN (250*4%=1)ne ise duz deyil.…eger sabah minimum emek haqqi 300 AZN olsa bu12 AZN olgaq.Olurki bu aylar sahibkar ayda 150 manat xidmet haqqi alir.indi tesvir edin 150 gelir olub ondan odemelisen 62.50 (250*25%)evel 20%idi) sosial sixorta haqqi + 7.50 vergi (150*5% vergi(evel 2 %idi) +10 icbari sixorta.hecna CEMI 80 AZN..150-80=70.diger xerleri demirem..hela bu minimum 250 olduqdadir …birde ela aylar olurki sahibkar voen aktiv olur ama is olmur fealiyyet yokdur...o zaman sosial sixorta odemirik.ama tibbi icbari sixorta odemeliyik.maraqlidir gelir olmazsa hardan.bela cixir voen her ay vergiden fealiyyetin baxlayib digger aylar aktiv etmeliyik..ve ya hem isci kimi fealiyyetin var ve elave sahibkar kimi fealiyyet gosterirsen o halda her biri ucun ayriliqda odenis edirsen.bu artiq tibbi icbari odenisin mena ne xeyri var?.... Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib..hela Samir serifov deyir xarici borclanmaya getmeyek vergini artiraq.deset.

  2. Şərqiyyə Dadaşova 21 Yanvar 2022

    Salam. Aylıq əmək haqqı 300 manat olarsa Dövlət ssial müdafiə fonduna ayırmalar necə hesablanır.Əvvəlcədən təşəkkür edirəm

Şərh yazın

Xəbərlər