Altay Cəfərovun təqdimatında: Bina tikintisində vergi öhdəlikləri

Altay Cəfərovun təqdimatında: Bina tikintisində vergi öhdəlikləri

Vergi Məcəlləsinə bina tikintisi ilə bağlı edilmiş əlavələr və dəyişikliklər vergi ödəyicilərində müəyyən sualar yaradır. Məcəllənin 108-ci maddəsinə edilmiş əlavələri sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinin “Gəlirin əldə edilməsi ilə bağlı xərclər” adlanan maddəsində göstərilir:
“Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir”.
Bu müddəanın tələbləri ilə bağlı ortaya çıxan sualları misal üzərində nəzərdən keçirək.
Misal1: Tutaq ki, bina tikintisi ilə məşğul olan vergi ödəyicisi – “AA” MMC-nin tikdiyi binanın ümumi sahəsi 10.000 kvadratmetrdir və 1 kvadratmetrin satış qiyməti 700 manatdır. Bir kvadratmetrinin maya dəyəri 300 manat təşkil edən bina layihələndirilən və müvafiq icazələr alınan zaman 300 kvadratmetr sahənin dövlətə ayrılması nəzərdə tutulub.
Sual: Satışın ümumi məbləği nə qədərdir?Satışın maya dəyəri hansı məbləğdir? Dövlət nəfinə verilən sahənin aqibəti necə olacaqdır?
İlk baxışda “AA” MMC-nin satdığı binanın qiymətinin məbləği 10.000 x 700 = 7.000.000 manat kimi görünür. Başqa sözlə desək, dövlətə verilmiş sahə bazar qiymətinə əsasən dövriyyə təsəvvürü yaradır. Bu məsələni dəqiqləşdirmək üçün Məcəllənin 13.2.12-ci maddəsinə nəzər yetirək.
13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.
Buradan aydın olur ki, dövlətə ayrılan hissə gəlir hesab edilmir. Odur ki, misalımızda olan 300 kvadratmetr sahənin qiyməti gəlir sayılmır. Bu halda “AA” MMC-nin gəliri 9.700 (10.000-300) x2 x700 = 6.790.000 manat olacaqdır.
Bəs MMC-nin xərcləri nə qədərdir?
Bu sualın cavabı üçün Məcəllənin 108-ci maddəsinə əsaslanmalıyıq. Yəni dövlət nəfinə alınmış 300 kvadratmetr sahə üçün xərcləmiş vəsait xərc maddəsi kimi qəbul edilir. Mənfəət vergisi bəyannaməsi təqdim ediləndə gəlirdən çıxılan xərc kimi 9700 kvadratmetrin maya dəyəri yox, 10.000 kvadratmetrin maya dəyəri silinəcəkdir. Odur ki, xərclər 10.000 x 300 manat = 3.000.000 manat olacaqdır.
Nəzərdən keçirdiyimiz misala əsasən, “AA” MMC illik mənfəət vergisi bəyannaməsində 6.790.000 manat gəlir, 3.000.000 manat da xərc göstərməlidir.


Fəxriyyə İkramqızı

Vergiler.az

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

1 Komment

  1. Anar.Zerbaliyev 15 Dekabr 2020

    (10.000-300) x2 x700 = 6.790.000 manat olacaqdır. Burda x 2 niyə? Texniki səhv?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər