Ciddi dəyişiklik! Baş mühasibi mütləq peşəkar mühasib olmalı YENİ sahibkarlıq subyekti (1-ci yazı)

Ciddi dəyişiklik! Baş mühasibi mütləq peşəkar mühasib olmalı YENİ sahibkarlıq subyekti (1-ci yazı)

"Mühasibat uçotu haqqında" AR Qanununa ciddi dəyişikliklərin olduğu layihə qanunvericilik qurumuna təqdim edilib. Mks.az saytının ekspertləri həmin dəyişiklikləri yazı şəklində təqdim ediləcək.

"Mühasibat uçotu haqqında" AR Qanunun 3.4-cü maddəsinə əsasən, Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.

Təklif edilən dəyişikliyə əsasən, iri sahibkarlıq subyektləri yanaşı KİÇİK sahibkarlıq subyektlərinin baş mühasibləri peşəkar mühasib olması mütləq tələbdir. Qeyd edək ki,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə " Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü MEYARLARI" təsdiq edilib. Həmin meyarlara əsasən, işçi sayı 11- 50 və ya illik gəliri 200 min manatdan çox və 3 000 000 manatdan az olan kiçik sahibkarlıq subyektlərinə aid edilir. Qeyd edək ki, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

 
 
 

 

1 Komment

  1. Mikayl 10 Yanvar 2021

    bes eger bas muhasibi yok.sadeca xidmeti muqavile ile bir nefera pul odeyib muhasib islerin gordurur.oda vergiden muhasib kodu alib isleyir onda neca?

Şərh yazın

Xəbərlər