Dövlət İmtahan Mərkəzi Peşəkar mühasib sertifikatı ilə bağlı qaydaları açıqladı

Dövlət İmtahan Mərkəzi Peşəkar mühasib sertifikatı ilə bağlı qaydaları açıqladı

Dövlət İmtahan Mərkəzi Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi ilə bağlı qaydaları açıqlayıb.

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir. 

İmtahanlar aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur.

1.Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2.Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3.İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə PMS;

4.İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə PMS. 

Sertifikatlaşdırma ikimərhələli imtahan vasitəsilə həyata keçirilir. İmtahanın birinci mərhələsi mühasibat uçotu, ikinci mərhələsi isə sertifikat növündən asılı olaraq büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir. 

Namizədlərə biliklərin yoxlanması üçün imtahanın hər bir mərhələsi üzrə 40 test tapşırığı təqdim ediləcəkdir.

I mərhələ (mühasibat uçotu) üzrə:

40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlar olacaqdır.

Qapalı tipli test tapşırıqlarının 20-si 1 balla, 10-u 2 balla;

Açıq tipli test tapşırıqlarının 8-i 5 balla, 2-si 10 balla qiymətləndiriləcəkdir. 

II mərhələ (qanunvericilik) üzrə:

40 test tapşırığının 35-i qapalı, 5-i açıq tipli tapşırıqlar olacaqdır.

Qapalı tipli test tapşırıqlarının 20-si 1 balla, 15-i 2 balla;

Açıq tipli test tapşırığının hər biri 10 balla qiymətləndiriləcəkdir. 

Qanunvericilik üzrə test tapşırıqlarının sayı sertifikat növünə görə aşağıdakı kimi bölünür.

Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS:

Vergi qanunvericiliyi - 20 test tapşırığı:15 qapalı tipli, 5 açıq tipli

Əmək qanunvericiliyi - 5 qapalı tipli test tapşırığı

Mülki qanunvericilik -15 qapalı tipli test tapşırığı

İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və II səviyyə PMS:

Vergi qanunvericiliyi - 20 test tapşırığı:15 qapalı tipli, 5 açıq tipli

Büdcə qanunvericiliyi- 10 qapalı tipli test tapşırığı

Əmək qanunvericiliyi - 5 qapalı tipli test tapşırığı

Mülki qanunvericilik - 5 qapalı tipli test tapşırığı

İmtahanın hər bir mərhələsi üzrə toplanılası mümkün maksimum bal 100 baldır.

İmtahanların hər bir mərhələsininin davametmə müddəti 3 saatdır

Namizədlərin imtahanlara səmərəli hazırlaşmasını təmin etmək məqsədi ilə DİM hər bir sertifikat növü üzrə imtahan proqramlarını təqdim edir.

Proqramlarla fayının sonundakı linklə tanış ola bilərsiniz.

Namizədlərin nəzərinə çatdırırıq ki, müvafiq standartlarla və mühasibat uçotu üzrə qanunvericilik aktları Maliyyə Nazirliyinin (http://maliyye.gov.az/internet səhifəsində, bu və ya digər qanunvericilik aktları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Normativ hüquqi aktların vahid internet elektron bazasında (http://www.e-qanun.az/yerləşdirilmişdir.

Qanunvericilikdə edilən dəyişikliklərə uyğun olaraq müvafiq proqramlara düzəliş və alavələr ediləcəkdir. Eyni zamanda imtahanların məzmunu, keçirilməsi və bununla əlaqədar digər zəruri məlumatlar da mütamadi olaraq DİM-in internet səhifəsində yerləşdiriləcəkdir.

İmtahan iştirakçılarına bunu nəzərə alaraq DİM-in internet səhifəsini və yuxarıda göstərilən internet səhifələrini mütamadi olaraq izləməsi tövsiyə olunur. 

Qeyd: İmtahanlarda iştirak etmək istəyən namizədlərin daha ətraflı məlumat əldə etmək məqsədi ilə “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə yaxından tanış olmaları məqsədəuyğundur.

 

 

1 Komment

  1. Mehemmed 14 Sentyabr 2020

    salam. budce tewkilati uzre sertifikasiya imtahan ne vaxt kecirileceyi tarix melumdu hal hazirda?

Şərh yazın

Xəbərlər