Elektron qaimə-faktura təqdim edildikdə, vaxt axımı necə tənzimlənir?

Elektron qaimə-faktura təqdim edildikdə, vaxt axımı necə tənzimlənir?

Hal-hazırda satışda olan "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabının "Elektron qaimə-faktura" bölməsindən seçmə

Cədvəldən göründüyü kimi, elektron qaimənin hər bir növü üzrə konkret təqdim edilmə vaxtı müəyyən edilib. İndi isə misallar üzərindən elektron qaimə-fakturanın təqdim edilmə müddəti üzrə tələbləri nəzərdən keçirək.
Misal. Vergi ödəyicisi əvvəlcədən sifariş olunmayan malların ekspeditor vasitəsilə 1 may 2020-ci il tarixdə təhvil verilməsini təsdiqləyən sənədləri təqdim edib.
Sual olunur ki, vergi ödəyicisi bu zaman ən geci hansı tarixə kimi elektron qaimə-fakturanı təqdim etməlidir. Vergi Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddətin axını onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır.

Maddənin tələblərinə əsasən, bizm misalımızda müddət axını malların təqdim edildiyi 1 may 2020-ci il tarixdən yox, bir gün sonra, 2 may 2020-ci il tarixdən başlamalıdır. Beləliklə, vergi ödəyicisi üçün elektron qaimə-fakturanın son təqdimetmə tarixi 6 may 2020-ci il tarixi hesab ediləcək. Vergi ödəyicisi 2, 3, 4, 5 və ya 6 may 2020-ci il tarixdə elektron qaimə-fakturanı təqdim etsə, Vergi Məcəlləsinin 71-1.1.-ci maddəsinin tələblərini pozmayacaq. Amma 7 mart 2020-ci il tarixdə təqdim edərsə, artıq gecikmə sayılacaq.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər