Lizinq verən “Satıcı” statusunda da çıxış edə bilər?

Lizinq verən “Satıcı” statusunda da çıxış edə bilər?

“Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Lizinqlə bağlı vergi orqanı ilə lizinq şirkəti arasındakı “lizinq verən satıcı qısmində çıxış edə bilər, yoxsa yox” mövzusundakı mübahisəyə Konstitusiya Məhkəməsi son qoydu.
Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciətində bildirib ki, Bakı Vergilər Departamentinin 11 iyun 2014-cü il tarixli səyyar vergi yoxlaması aktı və 24 iyul 2014-cü il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən, “Unileasing Lizinq Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinə 323.942,27 manat məbləğində ƏDV və 161.971,13 manat maliyyə sanksiyası tətbiq edib.
İddialardan biri odur ki, lizinq obyektinin lizinqə verilməzdən əvvəl bilavasitə lizinq verənin sahibliyində olması lizinqin mahiyyətinə uyğun gəlmir.

Konstitusiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qərarında aşağıdakılar qeyd edilir:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-5-ci maddəsinə müvafiq olaraq, lizinq müqaviləsi üzrə lizinq verən satıcı (mal verən) ilə alğı-satqı müqaviləsi bağlamalıdır. Alğı-satqı müqaviləsi lizinq müqaviləsindən əvvəl bağlana bilər, bu zaman həmin müqavilənin xüsusi olaraq lizinq məqsədləri üçün bağlandığı göstərilməlidir.
Mülki qanunvericilikdə lizinq müqaviləsi üzrə satıcı və lizinq verənin müqavilənin ayrı-ayrı tərəfləri olması ilə yanaşı, eyni şəxs ola bilməsi istisna edilmir.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin tələblərinə görə, icarəyə verənlə (lizinq verənlə) satıcı vergitutma məqsədləri üçün eyni şəxs ola bilər. Bu zaman lizinq verən həm satıcı kimi lizinq obyektinin təqdim edilməsi qismində Vergi Məcəlləsinin 142-ci maddəsinə müvafiq olaraq mənfəət vergisinə cəlb edilməli, həm də icarəyə verən (lizinq verən) kimi həmin Məcəllənin 140.1-140.5-ci maddələrinə müvafiq olaraq mənfəət vergisinə cəlb edilərək həmin Məcəllənin 135-ci maddəsinə əsasən faiz gəlirlərindən mənfəət vergisi ödəməlidir.

Qərardan göründüyü kimi satıcı və lizinq verənin eyni şəxs olmasına qanunvericilik qadağa qoymur.

 Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 15 may 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı yaxın günlərdə satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər