2020-ci ilin mayında sahibkarliq subyektlərinin meyarlarında nə dəyişdi?

2020-ci ilin mayında sahibkarliq subyektlərinin meyarlarında nə dəyişdi?

“Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları təsdiq olunub. Həmin qərara əsasən, meyarlar aşağıdakı kimi müəyyən edilib:

 

Sıra

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları

İşçilərinin orta siyahı sayı (nəfər)

İllik gəliri (ig) (min manat)

1

Mikro sahibkar

1 – 10

ig ≤ 200

2

Kiçik sahibkar

11 – 50

200 < ig ≤ 3 000

3

Orta sahibkar

51 – 250

3 000 < ig ≤ 30 000

4

İri sahibkar

251 və ondan yuxarı

30 000 < ig

Meyarları izah edən qeydlərdə yazılırdı:

“1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

 2. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya
vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.

4.  Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.”

Nazirlər Kabinetinin 15 may 2020-ci il tarixli, 174 saylı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nda dəyişiklik edilməsi barədə” qərarı ilə yeni yaradılan sahibkarlıq subyektinə yanaşma dəyişib.

Yeni dəyişikliyə əsasən, yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.

Misal. 2018-ci ildə yaradılan və ilin sonuna 8 işçisi olan vergi ödəyicisinin 2018-ci il üzrə gəliri 4 000 000 manat olub. Bu zaman vergi ödəyicisinin gəlirinin 4 000 000 manat olmasına baxmayaraq, o, işçi sayı 10 nəfərdən az olduğu üçün mikro sahibkarlıq subyekti hesab edilir.

Bəzi vergi ödəyiciləri qərardakı boşluqdan istifadə etməklə,yeni yaradılan müəssisələr üçün işçi sayını azaltmaqla mikro sahibkarlıq subyekti olmaq hüququndan istifadə edirdilər. Bunun nəticəsində iri məbləğdə gəlirləri olmasına baxmayaraq Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, mikro sahibkarlıq subyektlərinə şamil olunan güzəştlərdən istifadə edirdilər. Vergi ödəyicisinin illik gəlirinin 4 milyon olmasına baxmayaraq, 8 nəfər işçisi olduğuna görə mikro sahibkarlıq subyektinə aid edilir və mənfəət (gəlir) vergisi üzrə 75 faiz güzəşt əldə edirdi.

Ancaq artıq bu boşluq aradan qaldırılıb. Yeni qərara əsaəsn, yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.

Misal 1. 2020-ci ildə yaradılan və ilin sonuna 8 işçisi olan vergi ödəyicisinin 2020-ci il üzrə gəliri 500 000 manat olub. Bu zaman vergi ödəyicisinin gəliri mikro sahibkarlıq subyektinin illik gəliri (200 000) manatdan çox olduğu üçün, sahibkar mikro yox, kiçik sahibkarlıq subyekti hesab ediləcək.

Misal 2. 2020-ci ildə yaradılan və ilin sonuna 8 işçisi olan vergi ödəyicisinin gəliri müəyyən edilməyib. Bu zaman işçi sayı əsas tutularaq vergi ödəyici mikro sahibkarlıq subyektinə aid ediləcək. Vergi ödəyicisinin 2021-ci ilin mart ayında təqdim etdiyi gəlir (mənfəət) bəyannaməsinə əsasən, 2020-ci il üzrə illik gəlirinin 450 000 manat olması müəyyən edilib. Vergi ödəyicisinin gəliri 300 000 manatdan çox olduğu üçün təkrar dəqiqləşdirmə verməklə vergi ödəyicisinin meyarı mikrodan kiçik sahibkarlıq subyektinə keçirilir.

 Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 15 may 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı yaxın günlərdə satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər