Vahid bəyannaməyə Kompensasiya məbləği necə daxil edilir? (Misalla izah)

Vahid bəyannaməyə Kompensasiya məbləği necə daxil edilir? (Misalla izah)

Yaxın günlərdə satışa çıxacaq Anar Bayramovun “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

İndi isə misal üzrə istifadə olunmamış məzuniyyətə görə hesablanan kompensasiyanın bəyannamədə qeyd edilməsi prosesini həyata keçirək.

Misal. 12 mart 2020-ci il tarixdə işçinin əmək müqaviləsinə xitam verilir. İşçiyə cari iş ilinə görə 500 manat kompensasiya hesablanıb.

İşəgötürən Vahid Bəyannamədə kompensasiya məbləği üzrə məlumatı əsas səhifədə kompensasiya ilə bağlı bölməni aktivləşdirdikdən sonra daxil edə bilər.

Növbəti bölmədə kompensasiya məbləğinin qeyd olunması pəncərə aktiv olacaq və “Əlavə et” düyməsini sıxmaqla işçi haqqında məlumatları daxil etmək olar.

Bu zaman açılan pəncərənin “il” bölməsində 2006-ci ildən başlayaraq 2020-ci ilə qədər hər hansı ili seçmək hüququ verilir. Misalımızda cari iş ilinə görə kompensasiya ödəndiyi üçün “il” bölməsində “2020” seçirik.

Bəzi həmkarlarımız düşünürlər ki, kompensasiya məbləğindən gəlir vergisi və məcburi dövlət sosial ayırmaları tutulsa da, o, işsizlikdən sığortaya cəlb olunmur, bu səbəbdən də, kompensasiya məbləği “işsizlikdən sığorta haqqına cəlb olunmayan gəlirlər”ə daxil edilməlidir.

Ancaq bu, doğru deyil. İstifadə olunmamış məzuniyyətə görə hesablanan kompensasiya məbləğindən işsizlikdən sığorta haqqı hesablanmalıdır və bu səbəbdən həmin məbləğin “işsizlikdən sığorta haqqına cəlb olunmayan gəlirlər”də qeyd edilməsinə ehtiyac yoxdur.

 Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 1 aprel 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı mayın 5-dən satışda 

                                                      

 

0 Komment

    Şərh yazın

    Xəbərlər