Maliyyə dəstəyi ilə bağlı ən çox rastlanan 3 mif (ARAŞDIRMA)

Maliyyə dəstəyi ilə bağlı ən çox rastlanan 3 mif (ARAŞDIRMA)

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqlarının müəyyən hissəsini və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyini vergi ödəyicilərinin bank hesablarına ödəyir. Mks.az saytının ekspertləri bu yazıda dəstək tədbirləri ilə bağlı vergi öədyiciləri arasında dolaşan 3 mif, başqa sözlə desək, 3 yanlış yanaşma barədə məlumat verirlər.

Birinci mif: Əmək haqları 2 ay – mart və aprel ayları üzrə veriləcək.

Əmək haqqının bir hissəsinin aprel ayının əvvəlində verilməsi vergi ödəyicilərində belə yalnış mif yaradıb ki, dövlət ilkin olaraq mart ayı üzrə əmək haqqını ödəyib.

Ancaq bu, belə deyil. Bütövlükdə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin APREL ayı üzrə əmək haqlarının bir hissəsi kompensasiya ediləcək. Sadəcə aprel ayı üzrə əmək haqları iki mərhələli proses üzrə ödəniləcək.

İkinci mif: Əmək haqqı və fərdi sahibkarlara ödənilən vəsaitlər bank hesablarında bloklandığından ondan istifadə etmək mümkün olmur.

Bank hesabına daxil olan vəsaitlərin qarşısında “bloklandırılmış vəsait” sözləri yazıldığı üçün, bəzi vergi ödəyiciləri hesab edirlər ki, həmin vəsaiti istifadə edə bilməzlər

Ancaq bu, yanlışdır. Maliyyə Nazirliyinin xətti ilə daxil olan vəsaitlər dövlət vəsaiti hesab olunduğundan bank tərəfindən bloklanır ki, yalnız nağdsız hesablaşmalar üçün istifadə edilə bilsin. Yəni, vergi ödəyicisi əmək haqlarını təyinatı üzrə, maddi dəstəyi isə kreditor borcları və ya malların (iş və xidmətlərin) alınması və digər məqsədlər üçün nağdsız qaydada istifadə edə bilərlər.

Üçüncü mif: Daxil olan vəsaitlərdən icbari ödənişlər hesablanmalıdır.

Bəzi vergi ödəyiciləri hesab edir ki, daxil olan vəsiatlər gəlir hesab olunduğu üçün müvafiq olaraq gəlir (mənfəət) və ya sadələşdirilmiş vergi hesablanmalıdır.

Ancaq belə deyil. Vergi Məcəlləsinin 102.1.14.8-cü maddəsinə əsasən,  təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar gəlir vergisindən azaddır. O səbəbdən də, həmin maliyyə yardımdan hər hansı vergi tutulması nəzərə tutulmayıb.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər