Mühasiblər üçün BƏD XƏBƏR: Debitor borcların hərəkəti "Sadələşdirilmiş vergi bəyannaməsi"ndə qeyd olunacaq
Azərbaycan Respublikası Vergilər nazirinin 10.01.2020-ci il tarixli 1917040101750800 №-li Əmri ilə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi" qaytası təsdiq olunub. Qaydaya əsasən, vergi ödəyicisi ƏDV bəyannaməsində olduğu kimi Sadələşdirilmiş vergi bəyannaməsində debitor borclar haqqında məlumatları daxil etməlidir.
Bəyannamənin "Hesabat dövrü üzrə debitor borclarının hərəkəti barədə məlumat" adlı üçünçü hissəsində “Debitor borclar (Vergilər istisna olmaqla)” sətrinin “Hesabat dövrünün əvvəlinə debitor borc məbləği” sütununda hesabat dövrünün əvvəlinə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə yaranan debitor borcları barədə məbləğ, “Hesabat dövrü (rüb) üzrə daxil olan debitor borc məbləği” sütununda rüb üzrə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə yaranan debitor borcları, “Hesabat dövrünün sonuna debitor borc məbləği” sütununda isə hesabat dövrünün sonuna təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə yaranan debitor borcları barədə məbləğ qeyd edilməlidir. .
Misal 1: “A” müəssisəsinin 2020-ci ilin 1-ci rübü ərzində təqdim etdiyi mallara görə əməliyyatların ümumi dəyəri 100.000,0 manat (1-ci ay 30.000, 2-ci ay 50.000, 3-cü ay 20.000 manat) olduğu halda, təqdim edilmiş malların dəyərinin 60.000,0 manatı 1-ci rüb ərzində daxil olmuşdur.
Açıqlama: Bu zaman bəyannamənin vergiyə cəlb olunan hissədə 60 000 manat, debitor borclar hissəsində isə 40 000 manat qeyd eilməlidir.
Misal 2: 2020-ci ilin 2-ci rübü üzrə həmin “A” müəssisəsinin təqdim etdiyi malların dəyəri 70.000,0 manat (1-ci ay 10.000, 2-ci ay 25.000, 3-cü ay 35.000 manat) olmuş və təqdim edilmiş malların dəyəri həmin ay “A” müəssisəsinə ödənilmişdir. Eyni zamanda “A” müəssisəsinin 1-ci rüb ərzində yaranmış olan debitor borcunun 10.000,0 manatı 2-ci rübdə daxil olmuşdur.
Açıqlama: Misala uyğun olaraq, bəyannamənin vergiyə cəlb olunan hissədə 80 000 manat, debitor borclar hissəsində isə 30 000 manat qeyd eilməlidir.
Qeyd edək ki, sadələşdirilmiş vergi bəyannaməsinin doldurulması qaydasının geniş izahı ayın sonlarında dərc olunacaq "Vergi uçotu: A-dan Z-yə" kitabının ikinci nəşrində yerləşdiriləcək.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın