YENİLİK! Fərdi sahibkar hansı məbləğdə icbari tibbi sığorta ödəyəcək?

YENİLİK! Fərdi sahibkar hansı məbləğdə icbari tibbi sığorta ödəyəcək?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ""Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu"nu imzalayıb. 

“Tibbi sığorta haqqında” AR Qanununa əsasən,  Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar yəni vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4 faizi miqdarında  icbari tibbi sığorta hesablamalıdır.

Misal. Fərdi sahibkarın ödədiyi icbari sığorta məbləği minimum əmək haqqının 4 faizi  yəni 10 manat (250 manat  x 4 faiz) təşkil edəcək.

Maraqlıdır ki, vergi ödəyici olan sahibkar həm də işçi çalışarsa, o zaman hər iki mənbədən icbari sığorta hesablanmalıdır? “Tibbi sığorta haqqında” Qanunda  iki iş yerində işləyənlər üçün hər hansı fərqli  yanaşma nəzərdə tutulmayıb. O səbəbdən də, həm işçi həm də fərdi sahibkar üçün icbari tibbi sığortanın hesablanması həyata keçirilməlidir.

Zəruri qeyd: “Tibbi sığorta haqqında” AR Qanunun keçid müdəalarına əsasən, Qanunun 15-10.1.3-cü maddəsi yəni fərdi sahibkarlar  üzrə icbari sığorta  məbləğinin hesablanması 2020-ci il aprelin 1-dən qüvvəyə minir. Fərdi sahibkarlar 2020-ci ilin yanvar, fevral və aprel ayları üzrə əmək haqqından icbari tibbi sığorta haqqları hesablamayacaq.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 
 
 

2 Komment

  1. MIKAYL 07 Yanvar 2020

    Maraqlıdır ki, vergi ödəyici olan sahibkar həm də işçi çalışarsa, o zaman hər iki mənbədən icbari sığorta hesablanmalıdır? “Tibbi sığorta haqqında” Qanunda iki iş yerində işləyənlər üçün hər hansı fərqli yanaşma nəzərdə tutulmayıb. O səbəbdən də, həm işçi həm də fərdi sahibkar üçün icbari tibbi sığortanın hesablanması həyata keçirilməlidir..BU NECA OLUR.DSMF-DA ISLEDIYIN AYLAR UZRE ODENIS EDIRSEN,INDI EGER MEN RUBDE 1 DEFA IS FELAIYETIM OLURSA NIYE MEN HER AY UCUN TIBBI SIXORTA ODEMALIYEM,EGER MEN BASQA YERDA MUZLU ISLEYIB OZ YERIME AYBA AY ODENIS EDIREMSA,,ONDA MEN HER AY EVELI FEALIYETIMI BAXLAYIB HER RUBUN AXRI ACIM,.BELA OYUN OYNAYAQ..MEGER TIBBI SIXORTA VERGI NOVUDUR KI BELA QAYDA QOYUBLAR.TIBBI SIXORTA BU HER KESIN OZUNE AID OLAN ISDIR,,HER IL NE ISE PUL YIXMAQ UCUN BIR OYUN QURURLAR.OZDE KORTEBI.NECAKI EVLERIN ICBARI SIXORTASI.MECBUR QAYDADA,HEC BIR OLKEDA BELA MEGBURIYET YOK,OZDE BUTUN EVLER 50 MANAT .MENIM IMKANIM AYDA 5 AMANT CATIR.VEYA MENIM 0.2 YOK 0.1 FAZILE SIXORTA ETMEK ISTEYIREM,MENIM KOHNE EVIM ILE VILLA ARASINDA NE FERQ QOYULUR,BIRDE CERMA MEXANIZMI COX QEDARDIR,30 MANAT HER 20 GUNDEN BIR ELAVE,,ELA BIL INGILISLER WOTLANDLARA QARSI SANKSIYA QOYUR..BU SOYUQANLIQ HARDAN EMALE GELIR. SEXSI EVIM OZUM BILERAM KONULU OLMALIDIR.DOVLETDEN PUL ISTEYEN YOKDUR,,HEC OLMAZSA SEXSI KART YARADILSIN PULLAR ORA ODENSIN VE 10 ILDEN BIR ISTIFADE OLUNMAZA SEXSIN OZ ISTIFADESINE PUL QAYTARILSIN,NE ISE XALQ XEYRINE QANUN VERMEK NE OLARDI..OTEN ILDE SADE VERGINI ETDI 5%..GUYA NE ISE YENLIK EDIR,BU QEDER VERGI MECELESI DEYISIKLIK OLAR,YANI BUNU BIR DEFA OTURUB DUZETMEK OLMAZ..DEYIR HER 2000 YUXARI POST TERMINAL QOYULSUN,AMA DUSUNMURKI EHALI EKSERIYETI NAXD EMEK HAQQI ALIR,OZ QOYDUXUNUZ QANUNLAR BELADIR,VE INSANLAR BANKDA PUL SAXLAMAQDAN QORXUR..GUNKI YA BANK QACAR YA BANK KARTI BLOK EDAR YA VERGI BLOK EDAR YA OLUBKI DUKANDA ALIS VERSI ETDIM KART ISLEMEDI,DEDILER BANKDADIR PROBLEM. SEHER BAZAR GUNU .1 GUN ZENG ETDIM DEDILER DUZETDIK NE ISE GIBDE PUL ETIBARLIDIR,NE ISE,EHHH.

  2. İlkin 18 Oktyabr 2022

    tibbi sixorta odenisleri xerclera aid edilir ya yok..Gelir vergi beyannamesinde angaq Sosial sixorta haqqlari uzre xercleri qeyd etmek olurş

Şərh yazın

Xəbərlər