Rəsmi qərar!!! İşçilərin əmək haqlarından icbari tibbi siğorta 2020-ci ilin YANVAR ayından HESABLANMAYACAQ

Rəsmi qərar!!! İşçilərin əmək haqlarından icbari tibbi siğorta 2020-ci ilin YANVAR ayından HESABLANMAYACAQ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ""Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu"nu imzalayıb.

Dövlət və neft-qaz sektorunda çalışanlar üçün icbari tibbi sığorta necə hesablanacaq?

Həmin qanuna 15-10.1.2-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında İcbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilib.

Misal 1. Dövlət şirkətində çalışan işçinin əmək haqqı 500 manatdır. Bu zaman həmin işçiyə görə hesablanacaq icbari tibbi sığorta məbləği 10 (500 manat x 2 faiz) manat olacaqdır. Yəni işçiyə ödəniləcək əmək haqqı məbləği 10 manat məbləğində azalacaq.
Həmçinin dövlət orqanı da 10 (500 manat x 2 faiz) manat məbləğində icbari tibbi sığortanı işçinin əmək haqqı fondundan hesablayacaq.
Misal 2. Dövlət şirkətində çalışan işçinin əmək haqqı 8200 manatdır. Bu zaman həmin işçiyə görə hesablanacaq icbari tibbi sığorta məbləği 161 ((8000 manat x 2 faiz) + (8 200 manat – 8000 manat) x 0,5 faiz)) manat olacaqdır. Yəni işçiyə ödəniləcək əmək haqqı məbləği 161 manat məbləğində azalacaq.
Həmçinin dövlət orqanı da eyni hesablama tətbiq etməklə 161 ((8000 manat x 2 faiz) + (8 200 manat – 8000 manat) x 0,5 faiz)) manat məbləğində icbari tibbi sığortanı işçinin əmək haqqı fondundan hesablayacaq.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələrdə çalışanlar üçün hansı fərqli yanaşma olacaq?

Qanunun 16-4.3-cü maddəsinə əsasən, əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2021-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. 

Misal 1. Neft-qaz sektorunda fəaliyyət göstərməyən şirkətində çalışan işçinin əmək haqqı 500 manatdır. Bu zaman həmin işçiyə görə hesablanacaq icbari tibbi sığorta məbləği 5 (500 manat x 2 faiz x50 faiz (güzəşt)) manat olacaqdır. Yəni işçiyə ödəniləcək əmək haqqı məbləği 5 manat məbləğində azalacaq.
8000 manatdan yuxarı əmək haqları üçün hesablama dövlət orqanında olduğu kimi tətbiq ediləcək.
Bir məsələni də qeyd edək ki, neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada müəyyən edilir. Yəni, Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlar bu qanuna da şamil edilir.

İcbari tibbi sığorta haqları üzrə ödənişlər ayın 15-ə, yoxsa 20-ə kimi ödənilməlidir?

Qanunun 15-11.3-cü maddəsinə əsasən, əmək haqqından icbari tibbi sığorta sığortalı tərəfindən hər ay üçün hesablanır, vergi orqanına bəyannamə təqdim edilir. İcbari tibbi sığortanın ödənilməsi əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

Misal. İşəgötürən 2020-ci ilin aprel ayı üzrə hesabladığı icbari tibbi sığorta məbləğini may ayının 15-nə kimi ödəməlidir. Əks halda hesablanan amma  ödənilməyən məbləğ üzrə faizlər hesablanacaq.

İcbari tbbi sığorta haqlarının hesablanmasına hansı aydan başlanacaq?

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 16-4.4-cü maddəsi əsasən, əmək haqqı fondundan icbari tibbi sığortanın hesablanmasını özündə ehtiva edən 15-10.1.2-ci maddə 2020-ci il aprelin 1-dən qüvvəyə minir.

Yəni, işəgötürənlər 2020-ci ilin yanvar yox aprel ayından etibarən icbari tibbi sığorta hesablanmasını həyata keçirməlidirlər.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

0 Komment

    Şərh yazın

    Xəbərlər