Altay Cəfərovun təqdimatında: İdxal əməliyyatları

Altay Cəfərovun təqdimatında: İdxal əməliyyatları

İdxal əməliyyatları sahibkarların, vergi ödəyicilərinin təsərrüfat əməliyyatlarında ən çox həyata keçirdiyi işlərdir. Sərbəst auditor Altay Cəfərov idxal əməliyyatları zamanı vergi ödəyicilərinin diqqətlə yanaşmalı olduqları bəzi məqamları şərh edib.

Malların idxalında ƏDV necə hesablanılır, necə əvəzləşdirilir? İdxalın nəticəsi kimi mallar uçotda necə əks olunmalıdır ? Bu suallarla bağlı müəyyən incəliklərə bir daha misallarla baxaq:

  • Malların idxal əməliyytalarının rəsmiləşdirilməsi Gömrük Məcəlləsinə və bunun bazasında qəbul edilmiş digər normativ hüquqi aktlar əsasında aparılır; 
  • Mallar idxal olunanda idxalçı malları müvafiq gömrük orqanlarına bəyan edir; 
  • Bəyan olunan mallar üzrə müvafiq gömrük rüsumları, xidmət haqları və ƏDV hesablanılmalıdır və ödənilməlidir; 
  • Bunun üçün bəyannaməçi malların gömrük dəyəri haqqında məlumatları gömrük bəyannamələrində əks etdirir və gömrük orqanları bu məlumatların, hesablamaların düzgünlüyünü yoxlayır; 
  • Onu da bildirim ki, gömrük dəyərinin hesablanmasının müxtəlif metodları vardır; 
  • Gömrük dəyəri formalaşandan sonra artıq əvvəldən qeyd olunduğu kimi rüsumlar, vergilər hesablanılır.

 Çox hallarda idxalçıların sualları mallaırn alış (invoys dəyəri ilə) gömrük dəyərinin fərqli olması, hətta xeyli yüksək olması ilə yaranır. İdxal məlumatlarını idxalçı gömrük orqanlarına bəyan edir, gömrük orqanları yoxlayır və fərqlər aşkarlanırsa yenidən hesablayır.

Misal: "AA" MMC 10.000 dollar (17.000 manatlıq) mallar idxal etmişdir. Malların invoys dəyəri 10.000 dollardır. Bəyan olunan zamanı gömrük orqanları malların gömrük dəyərinin 14.000 dollar hesablamışdır (23.800 manat). Gömrük dəyərinə görə 3570 manat gömrük rüsumları, 4930 manat ƏDV, həmçinin 100 manat xidmət haqları, 60 manat broker xidməti, 300 manat saxlanılması xərləri və 500 manat anbara daşınması xərcləri olmuşdur.

Burada "AA" MMC ƏDV hesabatında, malların invoys dəyərinin 17.000 manat (əvəzləşdirmə üçün hesabatlarda gömrük dəyəri götürülür) olmasına baxmayaraq, ƏDV-nin əvəzşləşdirilməsi kimi 4930 manat əks etdirəcəkdir. Vergi uçotunda da malların dəyərini gömrük dəyəri ilə yox, faktiki maya (anbar) dəyəri ilə uçota almalıdır.Yəni bu dəyər Vergi Məcəlləsinin 139.2.-ci maddəsinə əsasən formalaşır.

139.2-ci maddəyə görə, əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Bundan əlavə, "AA" MMC malları satanda gömrük dəyəri ilə yox, malların maya dəyərinə müvafiq qaydada ticarət əlavəsi və ya marjanı gəlməklə satmalıdır. Amma malların satış dəyəri real bazar dəyərində olmalıdır: vergi orqanları kameral və səyyar vergi yoxlamaları zamanı bu məsələlərlə bağlı tələblərə düzgün əməl edilməsinə daha çox diqqət yetirir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Vergiler.az

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər