Altay Cəfərovun təqdimatında: İşçi işlədiyi yerdə xidmət müqaviləsi ilə çalışa bilər?

Altay Cəfərovun təqdimatında: İşçi işlədiyi yerdə xidmət müqaviləsi ilə çalışa bilər?

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Praktikada işəgötürənlərin işçi ilə həm əmək müqaviləsi, həm də xidmət müqaviləsi bağlaması hallarına rast gəlinir. Belə müqavilələrin bağlanması və işəgötürən tərəfindən bu kimi addımların atılması düzgündür? Məsələyə tam aydınlıq gətirmək üçün əməliyyatların mahiyyətinə baxaq.

Məsələn, işəgötürən işçi ilə əmək müqaviləsi bağlayır və əmək müqaviləsinin əsas şərtlərindən biri kimi işçi hansı işləri, hansı əmək funksiyalarını yerinə yetiriləcəksə, orada qeyd olunur. Bundan əlavə, vacib şərtlərdən biri kimi iş rejimi yazılır, iş vaxtı qeyd olunur.

Hesab edək ki, həmin işçi ilə xidmət müqaviləsi də bağlanılır və xidmət müqaviləsində də əsas şərtlərdən biri kimi icraçının hansı xidmətləri yerinə yetirəcəyi yazılır. Hüquqi və fiziki şəxslər bir-biri ilə xidmət müqavilələrini azad formada bağlaya bilərlər. Qanunvericilikdə şəxslərin xidmət müqavilələri bağlamasına məhdudiyyət yoxdur.

İşçi normal 8 saatını əmək müqaviləsi ilə işəgötürəndə çalışır və 8 saatdan sonra xidmət müqaviləsi ilə həmin işəgötürən üçün işlər yerinə yetirir. Bəzi işəgötürənlər əmək müqaviləsində olan funksiyaları xidmət müqaviləsində də yazırlar. Bəziləri isə əmək müqaviləsində olmayan başqa işləri xidmət müqaviləsində qeyd edirlər. Bu, nə dərəcədə doğrudur?

Baxmayaraq ki, bunula bağlı qanunvericilikdə birbaşa qadağa yoxdur, ancaq bir işəgötürənlə bu şəkildə əməkdaşlıq doğru deyil. Gəlin, məsələyə daha dərindən yanaşaq.

Misal. Tutaq ki, “AA” MMC-də çalışan Əliyev Namiq Vəli oğlunun iş rejimi 4 saat kimi yazılıb. Eyni zamanda, Əliyev Namiq Vəli oğlu ilə xidmət müqaviləsi və ya mülki-hüquqi müqavilə bağlanılıb və o, bu müqavilə üzrə də eyni işləri yerinə yetirir. O zaman Əliyev Namiq Vəli oğlu yerinə yetirdiyi eyni xarakterli işlər üzrə hansı müqavilə üzrə çalışmalıdır: Əmək müqaviləsi, yoxsa xidmət müqaviləsi üzrə? Nəzərdən qaçırmayaq ki, Əliyev Namiq işləri “AA” MMC-nin ərazisində görür. Belə olan halda o, 4 saat iş rejimi üzrə əmək fəaliyyətində, sonra isə sərbəst sahibkar kimi xidmət müqaviləsi üzrə mülkü münasibətdə olacaq. Belə bir addım nə reallığı əks etdirir, nə də praktikidir. Ən azından ona görə ki, Əliyev Namiqin xidmət müqaviləsi üzrə yerinə yetirdiyi işlər araşdırılsa, iş şəraiti və funksiyaları əmək müqaviləsində olanlarla üst-üstə düşəcəkdir. Xidmət müqaviləsinin özünün şərtləri və tələbləri olur ki, onlar əmək müqaviləsində əks etdirilənlərdən fərqlənir. Odur ki, belə hallarda nəzarət orqanlar inzibati cərimələr tətbiq edə bilərlər. Yaxşı olar ki, işəgötürənlər belə hallara yol verməsinlər.

Arzuolunmaz hal kimi eyni iş yerində 4 saat əmək müqaviləsi üzə, qalan vaxtda isə xidmət müqaviləsi üzrə eyni işlərin yerinə yetirilməsini də qeyd etmək olar.

Belə addımlar reallığı əks etdirmir. Tutaq ki, işçinin obyekti var və bunu işəgötürənə icarəyə verib. Eyni zamanda, əmək müqaviləsi üzrə həmin işəgötürəndə işləyir. Bu hal praktikidir və reallığı əks etdirir.

Bir işəgötürənlə əmək müqaviləsi ilə, başqa bir işəgötürənlə xidmət müqaviləsi ilə çalışmaq kimi hallar da praktiki baxımdan qəbulediləndir.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər