Altay Cəfərovun təqdimatında: Həyatın yığım sığortasının vergi, sosial və işsizlikdən sığorta öhdəliyi

Altay Cəfərovun təqdimatında: Həyatın yığım sığortasının vergi, sosial və işsizlikdən sığorta öhdəliyi

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Gəlir vergisinə tətbiq edilən bu güzəşt çox maraqlıdır. Əvvəllər bu maddədə müəyyən ziddiyyətlər mövcud idi. Xüsusilə, maddənin həyatın yığım sığortası ilə bağlı hissəsi qarışıq idi. Son dəyişikliklər bu ziddiyyəti, boşluğu aradan qaldırdı.

Misal. Tutaq ki, “AA” MMC-nin (dövlət müəssisəsi) işçisinin aylıq əmək haqqı 2 000 manatdır. Qərara alınıb ki, işçi həyatın yığım sığortası üzrə 5 illik sığortalansın və bununla bağlı sığorta şirkəti ilə müqavilə bağlanılıb, sığorta haqqı kimi 1400 manat ödənilib. Bu halda gəlir vergisinin necə hesablanılmasını nəzərdən keçirək.

Maddənin tələblərinə görə güzəşt məbləği ancaq gəlirlərin 50 faizinə tətbiq edilir. Deməli, 1000 (2000 / 2) manatdan gəlir vergisi tutulmayacaq. Amma yerdə qalan məbləğə gəlir vergisi hesablanılmalıdır. Odur ki, gəlir vergisi 112 ((1000-200) x 14%) manat olacaq. Bundan əlavə, 3% MDSS haqqı 30 (1000 x 3%) manat, 0,5% işsizlikdən sığorta 10  (2000 x 0,5%) manat təşkil edəcək. İşçinin əlinə çatası son məbləğ isə 448 manat olacaq: 2000 manat -1400 manat (həyatın yığım sığortası haqqı) - 112 manat (gəlir vergisi) -  30 manat (MDSS haqqı) -  10 manat (işsizlikdən sığorta haqqı).

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər