Xidməti ezamiyyəti hesabatı necə hazırlanır? (Nümünəvi forma)

Xidməti ezamiyyəti hesabatı necə hazırlanır? (Nümünəvi forma)

Satışı davam edən "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə

Xidmәti ezamiyyәtdәn qayıdan işçinin tәqdim etdiyi digәr bir hesabat xidmәti tapşırığın icrası ilә bağlı tәqdim edilәn sәnәddir. Bu sәnәdi fәaliyyәt (xidmәtin tapşırığın icrası) hesabatı da adlandırmaq olar. Ezamiyyәtdәn qayıdan işinin ezamiyyә müdәtindә gördüyü işlәrlә bağlı, daha doğrusu ona tapşırılmış xidmәti vәzifәnin icrası ilә bağlı hesabat tәqdim etmәsi barәdә qanunvericilik tәlәbi yoxdur. Bu öhdәlik müәssisәdaxili sәnәdlәrdә (bizim nümunәmizdә Ezamiyyәtlәr haqqında Әsasnamәdә) tәsbit olunur vә daxili sәnәdlәşmә üçün çox vacibdir. Belә bir hesabatı sәrbәst şәkildә, A4 vәrәqdә dә yazmaq olar, tәşkilatdaxili istifadә üçün standrat forma da tәrtib etmәk mümkündür.

Standart formanın sәrbәst hesabatdan fәrqi ondadır ki, bu halda konkret bәndlәrin doldurulması tәlәb olunur vә yaddan çıxan nәsә qalmır. Hansı formada tәrtib edilmәsindәn asılı olmayaraq hesabatda uzun-uzadı tәsvirә, tәfәrrüata ehtiyac yoxdur. Sәnәddә xidmәti ezamiyyәtin mәqsәdi vә qarşıya qoyulan tapşırıq dәqiq ifadә olunmalı vә bunlara uyğun olaraq icranın sәviyyәsi barәdә konkret mәlumat verilmәlidir. Ezamiyyәtin nәticәsi barәdә hesabat yazılı olaraq işçinin müәssisә tәrәfindәn qoyulan tapşırığı icra etmәsinin sübutudur.
Hesabatda aşağıdakı rekvizitlәrin olması vacibdir:
- Tәşkilatın adı;
- Ezamiyyә әmrinin tarixi, N-si - Sәnәdin tәrtib olunma tarixi;
- Ezamiyyәtdәn qayıdan işçinin soyadı, adı, atasının adı, vәzifәsi;
- İşlәdiyi şöbә;
- Ezamiyyәtә getdiyi yaşayış mәntәqәsinin vә müәssisәnin adı;
- Ezamiyyәnin müddәti, başlama vә sona çatma tarixlәri;
- Ezamiyyәnin mәqsәdi vә ya xidmәti tapşırığın mәzmunu;
- Xidmәti tapşırığın icra olunması ilә bağlı hәyata keçirilәn fәaliyyәtlәr.
- İşçinin imzası.

Sәrbәst şәkildә yazılan hesabatla bağlı bir nümunә tәqdim edirik:

“Alov” MMC-nin Satış şöbәsinin müdiri Nağıyev Vüsal Kamil oğluna
Reklam üzrә menecer Quliyev Aydın Mirzә oğlu tәrәfindәn

XİDMӘTİ EZAMİYYӘT HAQQINDA HESABAT

“Alov” MMC-nin direktorunun ___ ______2019-cu il tarixli, ___ №-li әmri ilә Tikinti Mәhsullarının IV Beynәlxalq sәrgisindә iştirak etmәk üçün 4 avqust 2019-cu ildәn 6 avqust 2019-cu ilәdәk, 3 (üç) gün müddәtindә Bakıya ezam olunmuşam. Ezamiyyәtin mәqsәdi tәmsil etdiyim şirkәtin mәhsullarının reklamı vә potensial alıcıların cәlb edilmәsi olmuşdur. Ezamiyyәtdә olduğum müddәtdә “Alov” MMC üçün ayrılmış stenddә mәhsulların yerlәşdirilmәsini, sәrgi iştirakçıları vә ziyarәtçilәr arasında mәhsullar haqqında mәlumatların paylanılmasını hәyata keçirmişәm.
Aşağıdakı tikinti şirkәtlәri ilә mәhsulların alğı-satqısı ilә bağlı ilkin razılıq әldә olunmuş, niyyәt protokolu imzalanmışdır:

1. “Atәş” MMC;
2. “Tikqur” MMC.

Qoşma: “Atәş” MMC ilә imzalanmış niyyәt protokolu, 2 vәrәq, 1 nüsxә; “Tikqur” MMC ilә imzalanmış niyyәt protokolu, 2 vәrәq, 1 nüsxә;

İmza: _____________ Quliyev A.M.

Tarix: _____________

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) bu gündən etibarən artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Mündəricatla tanış olmaq istəyirsinizsə, zəhmətə şərh hissəsinə "+" qoyun, göndərilməsini təmin edək.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər