Respublikadaxili ezamiyyə zamanı nəqliyyat xərclərinin A-dan Z-yə izahı
"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə
Ezamiyyə zamanı nəqliyyat xərclərini 2 qrupa bölmək lazımdır:
- ezam olunan ünvanda, yəni şəhərdaxili nəqliyyat xərci;
- ezam olunma yerinə getmək və qayıtmaqla bağlı olan nəqliyyat xərci. «İşçilərin ezamiyyə qaydaları»na əsasən, ezamiyyə xərclərinin 1 günlük normasına — gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir.
Nəqliyyat xərclərinə isə ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir. Qeyd olunan xərclərə nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyyələri, biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatlarından istifadə üçün xərclər də daxildir.
Misal üçün, Bakıdan Masallı şəhərinə ezam olunan işçi qatar biletinə gediş-gəliş üçün 20 manat ödəyib, bundan əlavə, qatarlarda yatacaq ləvazimatlarından istifadə üçün 5 manat ödəniş edib. Masallı rayonunda isə şəhərdaxili nəqliyyatdan istifadə edən zaman 3 manat xərcləyib. Həmçinin, Bakının Nərimanov rayonundan dəmiryol vağzalına getmək üçün 8 manat da taksiyə ödəyib.
Bütün ödənişlər təsdiqedici sənədlərə malikdir. Bu halda ezam olunanın xərcləri üzrə gəlirdən çıxılmasına icazə verilən xərclər aşağıdakı kimi olacaq:
Sıra |
Xərcin adı |
Məbləği |
Gəlirdən çıxılması ilə bağlı qeyd |
1 |
Bakı-Masallı-Bakı |
20 manat |
İcazə verilir |
2 |
Yatacaq ləvazimatı üçün ödəniş |
5 manat |
İcazə verilir. |
3 |
Masallı rayonunda şəhərdaxili daxili nəqliyyat üçün ödəniş |
3 manat |
Şəhərdaxili nəqliyyat gündəlik ezamiyyə normasına nəzərə alındığı üçün əlavə nəqliyyat xərci kimi icazə verilmir. |
4 |
Dəmiryol vağzalına getmək üçün taksi xidməti |
8 manat |
Taksidən istifadə edildiyi üçün icazə verilmir. |
Bir məsələni qeyd edək ki, qaydalara görə, nəqliyyat xərcləri ilə bağlı təsdiqedici sənədlər itirildiyi təqdirdə, bileti satmış təşkilat tərəfindən biletin həqiqətən həmin şəxsə satılmasını təsdiq edən rəsmi sənəd (arayış) ödəniş üçün əsas götürülür.
Büdcədən maliyyələşdirilən dövlət orqanlarında işçi xidməti minik avtomobilindən istifadə edərsə, “İşçilərin ezamiyyə qaydaları”na əsasən, nəqliyyat vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
0 Komment
Şərh yazın