Xarici ezamiyyə zamanı ezamiyyə haqqının hesablanmasının misalla izahı

"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Respublika daxili ezamiyyə normaları haqqında kifayət qədər məlumat verməyə çalışdıq, indi isə xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları haqqında məlumat verək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli qərarı ilə xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları müəyyən olunub. Qeyd edək ki, kitabın üzərindəki CD diskdə xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarının ölkələr üzrə məbləğləri yerləşdirilib. İndi isə misallarla xarici ölkələr üzrə ezamiyyənin hesablanmasına aydınlıq gətirək. “A” MMC-nin qərarına əsasən, işçi Türkiyənin İstanbul şəhərində keçirilən sərgidə iştirak etmək üçün 5 günlük ezamiyyətə göndərilib. Nazirlər Kabinetinin təsdiq etdiyi ezamiyyə normalarına əsasən, Türkiyə üçün gündəlik ezamiyyə norması 150 avro olsa da, Ankara və İstanbul şəhərləri üçün 165 avro müəyyən edilib. Bu, necə başa düşülməlidir? Əgər işçinin ezam olunduğu şəhər İzmir (və ya Bursa, Antalya, Əskişəhər vΩ sair) olsaydı, bu zaman gündəlik ezamiyyə norması 150 avrodan hesablanacaqdı. Misalımızda işçinin ezam edildiyi şəhər İstanbul olduğu üçün gündəlik hesablanan məbləğ 165 avro təşkil edir. Respublika daxili ezamiyyə normalarında gündəlik xərc ezamiyə normasının 20 faizi qədər hesablansa da, xarici səfərlər zamanı ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizini gündəlik yemək xərcləri təşkil edir. Həmçinin, xarici ezamiyyə zamanı mehmanxana xərcləri üçün təsdiqedici sənədlər tələb olunmur. İndi işçiyə ezamiyyə xərclərinin hesablanmasını həyata keçirək:

İşçi 6 may 2019-cu il tarixdə Türkiyənin İstanbul şəhərinə ezamiyyəyə gedir və 10 may 2019-cu il tarixdə geri qayıdır. Bu zaman 4 günlük mehmanxana xərci və 5 günlük gündəlik xərc ödəniləcək. İşçiyə ödəniləcək 4 günlük mehmanxan xərci 396 (165 avro x 60 faiz x 4 gün) avro təşkil edir. Gündəlik xərc  isə 330 (165 avro x 40 faiz x 5 gün) təşkil etdiyindən işçiyə 726 (396+330) avro ezamiyyə haqqı ödəniləcək. Misalımıza uyğun olaraq bildirmək istəyirik ki, işçiyə Türkiyə səfəri üçün gediş-gəliş xərci, həmçinin hava limanına getmək üçün nəqliyyat xərci (taksi istisna olmaqla) təsdiqedici sənədlər əsasında ödənilməlidir. Xarici ezamiyyə ilə bağlı ezamiyyə normaları üzrə ödənilən məbləğin gəlirdən çıxılmasına icazə verilir.

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya office@mks.az

1 Komment

  1. semaye.mehdiyeva.65@mail.ru 18 Oktyabr 2022

    Salam.Xarici ezamiyyətlə bağlı sualım var. İşçi Əlcəzairdə 5 günlük ezamiyyətdə olub. Mehmanxanada 4 gecə qaldığı üçün 24 manat Şəhər bələdiyyəsinə vergi ödəyib.Həmin məbləğ - yəni 24 AZN ezamiyyət xərci sayılır və 71 ci hesabda uçota alınır, yoxsa 81-ci hesabda uçota alınmalıdır?

Şərh yazın

Xəbərlər