Elektron qaimə-faktura digər sənədləri əvəz edir?

Elektron qaimə-faktura digər sənədləri əvəz edir?

"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

 Praktikada bəzi mühasiblərin ödəniş sənədlərinə çox da əhəmiyyət vermədiyinə rast gəlirik. Onlar hesab edirlər ki, gəlirdən çıxılan xərclər üçün elektron qaimə-faktura yetərlidir, digər sənədlərə ehtiyac yoxdur. Fikrimizcə, bu cür yanaşma düzgün deyil. Cünki vergi ödəyiciləri gəlir və xərclərinin uçotunu mühasibat, əmək, mülki və vergi qanunvericiliyinin tələblərinə uyğun aparmalıdırlar.

Misal. Tutaq ki, “S” MMC mühasibatlıq xidməti ilə bağlı təlimlər keçən “A” MMC-dən hər birinin qiyməti 25 manatdan olan 20 ədəd kitabın alınması üçün razılığa gəlib. Bu zaman tərəflərin arasında alqı-satqı müqaviləsi tərtib olunmalıdır. Həmin müqavilədə malların ödənişi, çatdırılma və geri qaytarılma, mübahisələrin necə həll olunması və s. kimi məsələlər öz əksini tapmalıdır. Hər iki vergi ödəyicisi hesablama metodunu seçdiyi halda, “S” MMC elektron qaimə-fakuta təqdim edəndə artıq “A” MMC 20 ədəd kitab üçün 500 manatlıq xərci gəlirdən çıxılan xərclərə, “S” MMC isə gəlirinə aid edir. Təbii ki, nağd qaydada aparılan əməliyyatların ödəniş sənədinin olması mütləqdir. Həmin xərcin olmasını təsdiq edən sənəd olmasa, bu zaman vergi orqanları Vergi Məcəlləsinin 58.8-ci maddəsini əsas tutaraq, vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə maliyyə sanksiyası tətbiq edə bilər.

Bəzi hallarda vergi ödəyiciləri bildirirlər ki, əgər malların alınması və ya işlərin (xidmətlərin) görülməsi nağd formada həyata keçirilirsə, o zaman elektron qaimə-faktura göndərilməməlidir. Bu, yalnışdır. Həm nağdsız həm də nağd şəkildə əməliyyat iki vergi ödəyicisi arasında aparılıarsa mütləq olaraq, elektron qaimə-faktura təqdim olunmalıdır. Təbii ki, yuxarıda qeyd etdiyimiz 16.1.11-6-ci maddəki istisnalar nəzərə alınmaqla...

"Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər