Məcburi dövlət sosial sığorta ayırmalarını rüblük ödəmək mümkündür?

Məcburi dövlət sosial sığorta ayırmalarını rüblük ödəmək mümkündür?

Vergi ödəyicisi sadələşdirilmiş vergini hər rübdən sonrakı ayın 20-nə kimi ödəməlidir. Bəs, məcburi dövlət sosial ayırmaları necə, aylıq, yoxsa rüblük hesablanmalıdır? “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-cı maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır.

Ödənişə gəlincə isə, məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə, yalnız nağdsız hesablaşma qaydasında ödənilməlidir.
Misal. Tutaq ki, vergi ödəyicisi iyun ayı üzrə hesablanmış 36 manatlıq məcburi dövlət sosial ayırmasını iyul ayının 21-i ödəyib. “Sosial sığorta haqqında” qanuna əsasən, vergi ödəyicisi iyun ayı üzrə məcburi dövlət sosial sığorta ayırmasını iyulun 15-dən gec olmayaraq ödəməli olduğu halda, 5 gün gecikdirdiyi üçün, hər gecikdirilmiş günə məbləğin 0,1 faizi qədər penya hesablanır. Bizim misalda, vergi ödəyicisinin qeyd edilən tarixə artıq ödəməsi olmasa, ona 0,18 manat (36 manat x 0,1 faiz x 5 gün) faiz hesablanacaq.

"Elektron qaimə-faktura", "Əmək münasibətləri", "Sosial ödənişlər", "İşsizlikdən sığorta",  "Əlavə dəyər vergisi" ,"Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

1 Komment

  1. MüşfiqM 04 İyul 2019

    Məsələn, aprel 2019 il üçün ümumi əmək haqqı 1000 man, may 2019 ümümi əmək haqqı 1000 man, iyun 2019 il üçün 1000 man ümumi əmək haqqı hesablanmışdır. Aprel 2019, May 2019, İyun 2019 ayları üçün müvafiq olaraq 250, 250, 250 manat məbləğində MDSS haqqları hesablanmışdır. Lakin əmək haqqı 3 ayı birdən 10.07.2019 il tarixində, yəni 3000 manat ödənilmişdir. Və 14.07.2019 tarixində MDSS haqqları da ödənilmişdir (3 ay üzrə 750 manat). Bu zaman SSH Qanunun 14.6 maddəsinə əsasən "...əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda..." sözlərini nəzərə alsaq peniya hesablanacaqmı?

Şərh yazın

Xəbərlər