Vergilər Nazirliyindən mühasibləri narazı salan rəsmi açıqlama (ARAŞDIRMA YAZI)

Vergilər Nazirliyindən mühasibləri narazı salan rəsmi açıqlama (ARAŞDIRMA YAZI)

Vergilər Nazirliyi xidmət müqaviləsi ilə fəaliyyət göstərən mühasiblərlə bağlı açıqlama verib.  Nazirliyin “xidimət müqaviləsi əsasında mühasibat xidməti göstərən fərdi sahibkarın sosial ayırması necə hesablanmalıdır” sorğusuna cavabı birmənalı qarşılanmayacaq: ““Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.5-ci maddəsinə əsasən sərbəst mühasiblər gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Buna əsasən, sərbəst mühasiblərin gəlirləri olduğu halda həmin gəlirlərdən (həmin gəlirlərin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra) 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.

Sərbəst mühasib dedikdə, əmək müqaviləsi bağlamadan fərdi qaydada bir və ya bir neçə müəssisədə mühasibat xidmətinə rəhbərlik etmək, mühasibat uçotu əməliyyatları aparmaq, mühasibat uçotuna dair məsləhətlər vermək və mühasibat uçotu ilə bağlı digər işləri yerinə yetirmək hüququna malik şəxslər başa düşülür.”

Vergi orqanlarının açıqlaması ilə bağlı münasibətimizi açıqlamadan öncə qeyd edək ki, mks.az saytı hər hansı mühasibat xidməti göstərmir və gələcəkdə də vergi ödəyicilərinə ödənişli xidmət göstərmək niyyəti yoxdur, araşdırmamız özümüzlə bağlı deyil, hər zaman olduğu kimi, sırf vergi ödəyicilərinin mənafeyi naminə aparılıb.

Fikrimizcə, vergi orqanlarının bu yanaşması müzakirərələ səbəb olacaq. Vaxtı ilə, 24 mart 1995-ci il tarixli, 998 saylı "Mühasibat uçotu haqqında" AR Qanunun 11-ci maddəsində qeyd edilmişdi ki, Sərbəst mühasib Azərbaycan Respublikası Mühasiblər Palatasının verdiyi lisenziyaya əsasən respublika ərazisində mühasibat uçotu əməliyyatları aparmaq hüququ əldə etmiş fiziki şəxsdir. Sonradan bu maddənin təsbiq olunduğu "Mühasibat uçotu haqqında" AR Qanunu qüvvədən düşmüş hesab edildi və yeni qanun qəbul olundu. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 1998-ci il tarixli, 87 saylı qərarı ilə təsdiq olunan “Sərbəst mühasib fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi haqqında” qaydalara əsasən, sərbəst mühasib lisenziya tələb olunan fəaliyyət növü hesab edilib. Müəyyən mənada hazırkı peşəkar mühasibin statusuna uyğun gələn sərbəst mühasib olmaq üçün Maliyyə Nazirliyinindən 5 illik müddətə lisenziya almaq tələb olunurdu. Sərbəst mühasib olmaq üçün, ali, orta ixtisas təhsili üzrə iqtisad təhsili olanların mühasibat uçotu sahəsində ən azı müvafiq olaraq 3 və 5 il iş stajı olmalıdır. Sərbəst mühasibin fəaliyyətinə lisenziya tələb olunması haqqında Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli, 173 nömrəli qərarı qüvvədən düşüb. Səbəb isə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 saylı «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» Fərmanının icrası olub. Belə ki, həmin fərmanda artıq sərbəst mühasib olmaq üçün lisenziya almaq tələb olunmur.

Prezidentin 24 oktyabr 2000-ci il tarixli, 936-IQD saylı «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda aşağıdakı əlavə edilib:

«xüsusi notarius, sərbəst auditor, sərbəst mühasib, fərdi detektiv fəaliyyəti ilə məşğul olan şəxslər üçün - gəlirlərinin 20 faizi miqdarında.

Sonradan lisenziya fəaliyyətinin siyahısından  “sərbəst mühasib” anlayışı çıxarılsa da, sosial qanunvericilikdə hər hansı düzəliş edilməyib.

Fikrimizcə, mühasibat sahəsində hər hansı xidmətin göstərilməsi həmin şəxsin sərbəst mühasib olması anlamına gəlmir. Həmçinin peşəkar mühasiblə paralel olaraq sərbəst mühasibin olması da ikili yanaşmaya səbəb olur. Bu səbəbdən, vergi orqanlarının sosial sığorta haqqının hesablanmasında fərqli yanaşma tətbiq etməsi müəyyən suallara yol açır.

Yeri gəlmişkən, Vergilər Nazirliyinin "sərbəst mühasib" anlayışına verdiyi açıqalamanın hansı qanunvericilikdən götürdüyünün dəqiqləşdirilməsinə də ehtiyac var. Cünki, qüvvədə olan qanunvericilikdə belə bir açıqlamaya da rast gəlmədiyimizi deməyi özümüzə borc bilirik.

Hörmətli həmkarlar və ekspertlər, Sizin də bu məsələ ilə bağlı mövqeyiniz maraqlıdır və mks.az saytı əsaslandırılmış mövqeyinizi dərc etməyə hazırdır.

 "Peşəkar mühasib sertifikatı","Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər