Xalid Kərimlinin fikri Maliyyə Nazirliyinin rəsmisində etiraz doğurdu

 Xalid Kərimlinin fikri Maliyyə Nazirliyinin rəsmisində etiraz doğurdu

Nazirliyin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva: “Sizin sözünüzdən belə çıxır ki, bir təşkilat vergi və mühasibat uçotu ilə bağlı iki şöbə saxlamaldır?”

Xalid Kərimli: “Vergi uçotu ilə maliyyə uçotunun nəticələrinin üst-üstə düşməsi tam təsadüfi hallarda baş verə bilər”

“Embawood” şirkətinin maliyyə direktoru Xalid Kərimli Milli Mühasiblər Forumu iştirakçısının uçotla bağlı sualına cavab olaraq bildirib ki, hazırda orta və iri sahibkarlıq subyektlərində 3 uçot sistemi mövcüddür: "Mühasibat (maliyyə), menecment (idarəetmə) və vergi uçotu. Son illərdə ölkəmizdə şirkətlər maliyyə uçotunun tətbiq etməyə başlayıb. Yüzlərlə şirkətin beynəlxalq auditdən keçmiş hesabatları var. Adətən, kiçik sahibkarlıq subyektlərində yalnız vergi uçotu aparılır. Peşəkar mühasib sertifikatının tətbiq olunması uçot sisteminə ciddi təsir etməyəcək. Kapital bazarı inkişaf etdikcə və şirkətlərin səhmlərinə maraq artdıqca maliyyə uçotunun da əhəmiyyəti nəzərəçarpacaq dərəcədə yüksələcək. Menecment uçotuna gəlincə isə, bu, rəhbərlərin düzgün qərar qəbul etməsi üçün hazırlanan informasiya sistemidir.”
Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva Xalid Kərimlinin çıxışına münasibət bildirib: “Vergi, yoxsa mühasibat uçotu məsələsi hamını maraqlandırır. Bu səbəbdən də “Mühasibat uçotu haqqında” qanuna mühasibat uçotu anlayışı əlavə edildi. Həmin anlayışa görə ilkin uçot sənədləri əsasında mühasibat uçotunun aparılması və bunun nəticəsi olaraq maliyyə, vergi və digər hesabatların hazırlanması mühasibat uçotu kimi başa düşülməlidir. Yəni, təşkilatlar VAHİD mühasibat uçotu aparmalıdır. Həmin uçotun aparılması zamanı beynəlxalq standartlarla yanaşı, vergi qanunvericiliyinin də tələbləri nəzərə alınmalıdır. Bildiyiniz kimi, maliyyə hesabatlarında təxirəsalınmış vergi aktivləri və ya öhdəlikləri nəzərə tutulub. Bu cür tənzimlənməklə və vahid formada uçot tətbiq etməklə vergi və maliyyə uçotunu apara bilərsiniz. Vergi uçotu əslində mühasibat uçotunun tərkibində bir necə hesabda öz əksini tapır. Mühasibat və vergi uçotu ayrılıqda mövcüd deyil. Bunların birlikdə adı mühasibat uçotudur.”
Xalid Kərimli Maliyyə Nazirliyinin rəsmisinə etiraz edib: “Qəti şəkildə bildirməliyəm ki, bu fikirlə razı deyiləm. Vergi uçotu Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, vergilərin düzgün və vaxtında hesablanaraq büdcəyə ödənilməsi üçün aparılan tədbirlərdir. Vergi uçotu ilə maliyyə uçotunun nəticələrinin üst-üstə düşməsi tam təsadüfi hallarda baş verə bilər. Maliyyə uçotu isə maliyyə standartları əsasında həyata keçirilən uçotdur.”
Firuzə xanım yenidən müzakirə olunan məsələyə qayıdıb: “Hər iki uçot ayrı-ayrı məsələlər deyil. Hətta standartların tərkibində 12 saylı “Mənfəət vergisi” standartı var ki, mühasibat və vergi uçotu arasında fərqlilikləri tənzimləyir. Sizin sözünüzdən belə çıxır ki, bir təşkilat vergi və mühasibat uçotu ilə bağlı iki şöbə saxlamaldır? Onda malın alışı ilə bağlı sənədlər ya 2 yerdə saxlanılmalıdır, ya da surəti çıxardılaraq digər şöbəyə təqdim edilməlidir. Təşkilat vahid uçot aparmaqla bu məsələni tənzimləməlidir.”

Hörmətli həmkarlar, Siz necə fikirləşirsiniz: Vergi uçotu ilə mühasibat uçotu ayrı-ayrı yoxsa vahid formada aparılmalıdır?

 

 "Peşəkar Mühasib Sertifikatı", "Əlavə Dəyər vergisi", "Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

1 Komment

  1. Şadoğlan Vəliyev 04 İyul 2019

    F.Abdullayevanın fikri inkar olunmaz həqiqətdir! Vergi uçotu ,maliyyə uçotu da deyəsən yeni anlayışlardır?! Vergi hesablamaları mühasibat uçotunda əks olunmurmu?! Maliyyə hesabatları mühasibat uçotu əsasında tərtib edilmirmi?! Deyəsən, mühasibat uçotundan X Kərimlinin xəbəri yoxdur.

Şərh yazın

Xəbərlər