Altay Cəfərovla Natiq Şirinovun polemikası: Əskik gələn malların vergi öhdəlikləri

Altay Cəfərovla Natiq Şirinovun polemikası: Əskik gələn malların vergi öhdəlikləri

Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor Altay Cəfərov Milli Mühasiblər Forumunda vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirləri zamanı əskik gələn mal qalıqlarının vergi uçotunda əks olunması ilə bağlı təcrübədə rast gəldiyi problem haqqında münasibət bildirib:

"Misal üçün, "A" MMC-də keçirilən operativ vergi nəzarətləri nəticəsində məlum olur ki, 50 000 manatlıq mal əskikdir. Vergi Məcəllənin 159.5.-ci maddəsinə əsasən, əskik gəlmiş mallar onların aşkar edildiyi hesabat dövründə ƏDV-yə cəlb olunan dövriyyə kimi qeyd edilməlidir. Yəni bu əskik gələn mallara görə 9 000 (50 000 manat x 18 faiz) manat ƏDV hesablanıb bəyan edilməlidir. Bu məsələ qanunvericilikdə təsbit olunduğundan bununla razılaşmalıyıq. Sual olunur ki, əskik gələn malların dəyəri gəlir kimi tanınıb xərcə salınmalıdır vəya gəlirdən çıxılan xərclərə aid edilməlidir yoxsa xalis mənfəət hesabına silinən xərc kimi qeyd olunmalıdır? Sualımıza aydınlıq gətirək: Vergi ödəyicisi il başa çatandan sonra isə illik mənfəət vergisi bəyannaməsi verdikdən sonra vergi orqanı tərəfindən kameral uyğunsuzluq məktubu göndərilir. Məktubda qeyd edilir ki, vergi yoxlamaları zamanı əskik gələn malın dəyərini nəzərə almamısınız.  Vergi Məcəlləsinin 13.2.12-ci maddəsində "gəlir" anlayışında qeyd edilir ki, gəlir malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəridir. Amma malların əskik gəlmə zamanı mallar təqdim olunmayıb. Bununla baglı vergi orqanlarına müraciət etdim ki, əskik gələn malların alış dəyəri 50 000 manatdırsa, onun satış dəyəri 60 000 manatdırsa o zaman 60 000 manatlıq malları gəlir kimi tanıyıramsa, 50 000 manatlıq malları xərc kimi bəyannamədə qeyd etməliyəm. Vergi orqanlarından gələn cavabdan məlum oldu ki, satışla bağlı heç bir açıqlama yoxdur. Gəlirləri bağlı isə qeyd ediblər ki, əskik gələn mallar gəlir kimi tanınmamalıdır.  İzahlardan göründüyü kimi, malların əskik gəlməsi məsələsi ilə bağlı konkretlik nə Məcəllədə nə də vergi orqanın cavablarında yoxdur."

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov isə bu məsələ ilə öz mövqeyini bildirib: "Operativ vergi nəzarəti tədbiri zamanı mal olmazsa, vergi ödəyicisi Vergi Məcəlləsinin 159.5-ci maddəsinə uyğun olaraq, həmin mallara görə ƏDV məbləğini bərpa etməlidir. Anbardan olmayan yəni əskik gələn mallar təqdim olunma kimi qəbul edildiyindən dəyəri gəlir kimi tanınmalıdır. Xərclərə gəldikdə isə, anbarda olmayan malın alış vəya bazar qiyməti ilə dəyəri isə xərclərdə göstərilməlidir. Vergilər Nazirliyinin son mövqeyi belədir."

 

"Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergilər barədə" bəyannamə, Sosial və işsizlikdən sığorta hesabatlarının doldurulması qaydaları izah edilən bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

2 Komment

  1. Əzizə 14 İyun 2019

    Salam,haradan al bilerem və qiyməti nə qədərdir?

  2. Mks.az 15 İyun 2019

    Ezize xanim kitabin qiymeti 35 manat, daimi mushterilerimiz ucun ise 30 manatdir. 050-368-12-72 veya 012-564-86-85 sayli telefonla elaqe saxlamaginiz xahish olunur. İstenilen unvana catdirilma odenishsiz olaraq catdirilir.

Şərh yazın

Xəbərlər