YENİ QAYDA! 4 növdə olacaq Peşəkar Mühasib Sertifikatının Qiyməti müəyyən olundu

YENİ QAYDA! 4 növdə olacaq Peşəkar Mühasib Sertifikatının Qiyməti müəyyən olundu

Nazirlər Kabinetinin 22 may 2019-cu il tarixli, 237 saylı qərarı ilə  “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilib. Bu yazımızda qərarla bağlı maraqlı məqamları diqqətinizə çatdıracıyıq (Qərarın tam formasının yazının sonundan yükləyə bilərsiniz):

Peşəkar mühasib serfikatı üçün imtahan birinci mərhələsindən kimlər azad ediləcək?

Qaydalara əsasən, "Peşəkar mühasib   Sertifikatlaşdırma iki mərhələli imtahan vasitəsilə həyata keçiriləcək.  İmtahanın birinci mərhələsi mühasibat uçotu, ikinci mərhələsi isə büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir.

Peşəkar mühasib sertikatı ilə bağlı keçiriləcək imtahanın birinci mərhələsindən aşağıdakı şəxslər azad ediləcək:

İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR - “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatı olanlar;

İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA - Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatınna malik olanlar;

Sertifikatlaşmış İctimai Mühasib (CPA - Certified Public Accountant) təşkilatının sertifikatına; 2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına malik olanlar;

. Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS” malik olanlar

Bundan əlavə, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir.

 Peşəkar mühasib sertifikatının necə növü var?

Qaydalara əsasən,  İmtahandan müvəffəqiyyətlə keçmiş şəxslərə aşağıdakı növ sertifikatlar verilir:

1) Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı; Bu sertifikatı əldə edənlər aşağıdakı orqanlarda işləyə bilərlər:

  • mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə;
  • iri sahibkarlıq subyektlərində;
  • illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.2.1-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə.

2) Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı. Bu sertifikatı əldə edənlər isə aşağıdakı orqanlarda işləyə bilərlər: 

ictimai əhəmiyyətli qurumlarda; 

  • illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.1-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə;
  • Həmçinin birinci sertifikat imkan verən mühasibat uçotu subyektlərində. 

3) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı alanlar isə yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında baş mühasib vəzifəsini tuta bilərlər.

4) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatını əldə edənlər isə aşağıdakı qurumlarda çalışa bilərlər:

mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında;

  • illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc etdirən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.2.2-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə;
  • yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında

Peşəkar Mühasib olmaq üçün ali təhsil mütləqdir?

Qaydalara əsasən, namizəd peşəkar mühasib sertifikatı almaq üçün müraicət etdiyi sənədə  iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surətini yəqdim etməlidir. Göründüyü kimi, 3 tələbdən birinə malik olmaq kifayət edir.

İmtahan test suallarından ibarət olacaq?

Qaydalara əsasən,  İmtahanın hər bir mərhələsi test tapşırıqlarından ibarətdir. Test tapşırıqlarının aşağıdakı növləri vardır:

1) qapalı tipli, yəni verilən cavab variantlarından 1 (bir) doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;
2) açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları.

 İmtahanın hər bir mərhələsində 40 test tapşırığı təqdim edilir. İmtahanın birinci mərhələsində təqdim olunan test tapşırıqlarından 30-u qapalı tipli, 10-u açıq tipli, imtahanın ikinci mərhələsində təqdim olunan test tapşırıqlarından isə 35-i qapalı tipli, 5-i açıq tipli test tapşırıqları olur

İmtahanın suallarının cavabı necə qiymətləndiriləcək?

 İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın birinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın ikinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli test tapşırıqlarının hər biri 10 balla qiymətləndirilir.

 Nə qədr bal toplayanlar imtahandan keçən hesab olunacaq?

İmtahanın birinci və ikinci mərhələsindən ayrı-ayrılıqda 50 və ya daha çox bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.

İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı almaq üçün  imtahanın birinci mərhələsindən 35-dən 50-dək və imtahanın ikinci mərhələsindən 35 və ya daha çox bal toplamaq kifayət edir.

 İmtahan ödənişli olacaq?

Qaydalara əsasən,  İmtahanın hər bir mərhələsi üçün ödəniş məbləği 50 manat müəyyən edilir. İmtahanın birinci mərhələsindən azad edilən namizədlər imtahanın yalnız ikinci mərhələsi üzrə ödəniş edir. Deməli, iki imtahanda iştirak edənlər 100 manat ödəniş etməklə peşəkar mühasib sertifikatını əldə edə bilərlər..

 

5 Komment

  1. Rauf 24 May 2019

    Imtahanlarin bawlama tarixi ne vaxt elan edilecek? Imtahanlar harada kecirilecek?

  2. Zülfiyyə 30 May 2019

    Imtahanlarin bawlama tarixi ne vaxt elan edilecek? Imtahanlar harada kecirilecek?

  3. Samir 11 İyun 2019

    1. İmtahanlarin başlanma vaxtı bilinirmi? 2. 4 növ qeyd etdiniz. Bularin hansı ən vacibidi? (Yəni hansı alınsa digər 3 növə ehdiyac olmayacaq). 3. İmtahanlara hazırlıq üçün kurslar və.s. təşkil olunacaqmı? 4. Sertifikatın alınmasına (imtahanlarda iştirak limitlidirmi?) hər hansı məhdudiyyət varmı? 5. Sertifikatlaşmanın müddəti varmı?

  4. Zümrüd 18 İyun 2019

    1. İmtahanda düşən mövzular hansılar olacaq?

  5. Elnur 06 Yanvar 2020

    yazılanlara cavab verirsiz ki, biz də sual verək?

Şərh yazın

Xəbərlər