Uçotda olmayan malları necə rəsmiləşdirmək düzgün hesab olunur?
Mks.az saytına son zamanlar malların uçota alınması ilə bağlı çoxlu suallar daxil olur. Oxucularımızı, xüsusilə, faktiki yerdə (anbarda, mağazada, digər obyektlərdə) olan, amma uçotda göstərilməyən malların taleyi maraqlandırır. Bu məsələ ilə bağlı mks.az saytının eksperti, Auditorlar Palatasının Şura üzvü Altay Cəfərovun şərhini təqdim edirik:
“Bəzi obyektlərin sahibləri mənə uçotda olmayan malların qiymətləndirilməsini həyata keçirməyi təklif ediblər ki, mütəxəssis rəyimə əsasən belə malları balansa salsınlar. Onlara bildirmişəm ki, bəli, sərbəst auditor kimi malları qiymətləndirə bilərəm və onları balansınıza sala bilərsiniz. Amma bu o demək deyil ki, mənin qiymətləndirmə haqqında hesabatım sizin üçün malların alış sənədidir. Belə olan halda siz ilkin olaraq həmin malların dəyərini gəlirinizə salmalısınız və bundan sonra satıldıqca digər addımları atmalısınız. Bundan əlavə, həmin mallara görə səyyar yoxlaması və operativ vergi nəzarəti zamanı Vergi Məcəlləsinin 58.8-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyaları tətbiq oluna bilər. Maddədə yazılıb:
58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda.
Maddədən də göründüyü kimi, auditor hesabatı malların alışını təsdiq edən sənəd deyil.
Digər bir hal kimi iqtisadı subyektlər mallarının nizamnamə kapitalına pay kimi qoyulmasını istəyirlər. Yəni, qiymətləndirmədən əvvəl iqtisadi subyektin təsisçiləri, payçıları, səhmdarları qərara alırlar ki, nizamnamə kapitalı artırılsın və formalaşması mallar əsasında həyata keçirilsin. Mülki Məcəllə imkan verir ki, nizamnamə kapitalı daşınar əmlak, mallar əsasında formalaşdırılsın. Bəli, auditorlar malları qiymətləndirir və faktiki olaraq təsisçilər malları iqtisadi subyektə təhvil verəndən sonra rəy bildirirlər ki, nizamnamə kapitalı mallar formasında yaradıldı və ya artırıldı. Bəs, belə olan halda 58.8.-ci maddə tətbiq edilirmi?
Bunun üçün 58.8-ci maddəyə bir daha diqqət yetirməliyik. Maddənin daxilində “.....malların alışını təsdiq edən....” ifadəsi var. Belə aydın olur ki, 58.8-ci maddə ancaq malların alışı üzrə tətbiq edilir. Amma nizamnamə kapitalına malların pay qoyuluşu malların alışı demək deyil. Bu əməliyyat nizamnamə kapitalının formalaşmasıdır. Belə əməliyyatda təsisçi və iqtisadi subyekt alıcı və ya satıcı rolunu oynamır. Bu əməliyyatda təsisçi sadəcə öz öhdəliyini yerinə yetirir.
Ona görə də düşünürəm ki, bu əməliyyatda maliyyə sanksiyası(58.8-ci maddə) tətbiq edilmir.”
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı
- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın