Cinayət Məcəlləsinə ƏMƏK MÜQAVİLƏLƏRİ bağlı YENİ, daha SƏRT dəyişiklik?

Cinayət Məcəlləsinə ƏMƏK MÜQAVİLƏLƏRİ bağlı YENİ, daha SƏRT dəyişiklik?

Milli Mühasiblər Forumunun 27 yanvar 2019-cu il tarixdə “Vergi Məcəlləsində edilən dəyişikliklərin Mühasibat Uçotuna təsirinin hərtərəfli professional izahı” mövzusunda keçirdiyi təlimdə “Mühasibat uçotu” jurnalının baş redaktoru, vergilər üzrə ekspert Əflatun Babayev əmək müqavilələri ilə bağlı maraqlı açıqlama verib: "Cinayət Məcəlləsinə əsasən 10 nəfər və ondan daha çox olan işçini əmək müqaviləsiz işə cəlb etməyə görə işəgötürənə cinayət işi açıla bilər. Məndə olan məlumata görə, Cinayət Məcəlləsinə dəyişiklik nəzərdə tutulur ki, hətta bir nəfər işçini əmək müqaviləsiz işə cəlb etdikdə, cinayət işi açılsın. Bu səbəbdən də vergi ödəyicilərinə bu məsələyə diqqət yetirmələrini məsləhət görürəm."
Qeyd edək ki, Cinayət Məcəlləsinin "Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi" adlı 162-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər