İlk dəfə olaraq MKS.az-da!!! Mikro, kiçik, orta və iri sahibkar meyarları necə olacaq?

İlk dəfə olaraq MKS.az-da!!! Mikro, kiçik, orta və iri sahibkar meyarları necə olacaq?

Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri  ilk dəfə mks.az saytında dərc olunduqdan sonra, daha bir ilk-ə imza atırıq. Mikro, kiçik, orta və iri sahibkar meyarlarının meyarlarının layihə formasını Sizinlə paylaşırıq.

Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərlə bağlı bir çox normativ sənədlərin qəbulu nəzərdə tutulur. Onlardan ən vacibi vergi ödəyicilərinin böyük maraqla gözlədiyi sahibkarlıq subyektlərinin meyarları ilə bağlıdır. Artıq növbəti ildən sahibkarlıq subyektlərinin 4 kateqoriya üzrə təsnifatı gözlənilir ki, bu da beynəlxalq təcrübəyə uyğundur. mks.az saytı sahibkarlıq subyektlərinin meyarları ilə bağlı hazırlanmış qərar layihəsini əldə edib.

Qərar layihəsinin əsas hissəsini təqdim edirik:

Mikro, kiçik, orta və iri sahibkar meyarları (layihə)

 

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyası

İşçilərinin orta siyahı sayı

İllik gəliri

Mikro sahibkar

1 nəfərdən 10 nəfərədək

200 min manatadək

Kiçik sahibkar

11 nəfərdən 50 nəfərədək

200 min manatdan 3 milyon manatadək

Orta sahibkar

51 nəfərdən 250 nəfərədək

3 milyon manatdan 30 milyon manatadək

İri sahibkar

251 nəfər və daha yuxarı

30 milyon manat və daha yuxarı

Qeyd edək ki, hər bir sahibkarlıq subyekti üçün hər iki şərt (işçi sayı və gəlir) mütləq təmin olunmalıdır.

  

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr)

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər