Əmək müqaviləsi ilə bağlı dəyişikliklər: Artan maliyyə sanksiyaları və azalan yoxlamalar

Əmək müqaviləsi ilə bağlı dəyişikliklər: Artan maliyyə sanksiyaları və azalan yoxlamalar

Mks.az  saytının ekspeti Qalib Toğrulun təqdimatında 

Vergi Məcəlləsinə edilən dəyişikliklərdə əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb edilməsinə görə maliyyə sanksiyalarının tətbiqi qaydası və məbləğinin dəyişməsi təklif olunur.

Hazırda Əmək Məcəlləsinin tələblərini pozan işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 1 yanvar 2019-cu ildən sanksiyalar sərtləşdirlib. Nəzərdə tutulur ki, əmək müqaviləsi bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilsin.

Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərin əsas məqsədlərindən biri qeyri-rəsmi məşğulluğun azaldılması olduğundan bu istiqamətdə təşviq tədbirləri ilə yanaşı (özəl sktora münasibətdə muzdlu işlə bağlı ödəmə mənbəyində vergi güzəşti, sosial sığorta ayırrmalarının işçi ilə işəgötürən arasında paylanması yolu ilə ikincinin sosial yükünün azaldılması və sair), sanksiyaların sərtləşdirilməsi başadüşüləndir.

Hazırda Əmək Məcəlləsinin əmək müqaviləsinin bağlanılması ilə bağlı tələblərinin icrasına nəzarəti həyata keçirən 3 qurum var: Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) və Dövlət Sosial Müdafiə Fondu (DSMF).

Vergilər Nazirliyinin yoxlamalar çərçivəsində tətbiq etdiyi sanksiyalardan danışdıq. DƏMX reydlər və yoxlamalar əsnasında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı aşkar etdikdə, fiziki şəxslərə min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərə üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslərə isə iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə kəsir.

Burda yanaşma fərqlidir, hər bir müqaviləsiz işlədilən işçiyə görə deyil, ümumilikdə qanun pozuntusuna münasibətdə maliyyə sanksiyası tətbiq edilir və cərimələr çox yüksəkdir.

DSMF isə hazırda hər əmək müqaviləsiz işlədilən işciyə gorə sığorta edənin fəaliyyət dovrunun hər ayı ucun əlli beş manat miqdarında maliyyə sanksiyası tətbiq edir.

1 yanvar 2019-cu il tarixindən DSMF-nin müqaviləsiz işçi işlətməyə görə maliyyə sanksiyası tətbiq etmək səlahiyyəti olmayacaq. Vergi Məcəlləsində əmək müqaviləsi ilə bağlı sanksiyaların sərtləşdirilməsinə bir də bu aspektdən, yəni, iki qurumun tətbiq etdiyi cərimələrin birləşdirilməsi, daha doğru ifadə etsək, paralelliyin aradan qaldırılması kimi yanaşmaq lazımdır.

Əslində, “Sosial sığorta haqqında” qanunun 21-ci maddəsinin ləğvi, bugunədək tətbiqilə bağlı böyük çətinliklər müşahidə edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 4-cü maddəsinin 2.6-cı bəndinin (Eyni yoxlama predmetinin bir neçə yoxlayıcı orqan tərəfindən yoxlanılmaması) və 6-cı maddəsinin 1-ci bəndinin (Yoxlayıcı orqanların səlahiyyətlərinin təkrarlanmasına yol verilmir) tələblərinin yerinə yetrilməsidir. Ümid edək ki, yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısı da tezliklə təsdiq olunar və bu vəsilə ilə hazırkı qeyri-müəyyənlik aradan qalxar.

Əmək müqaviləsi bağlanılmadan işçinin işlədilməsi cinayət məsuliyyəti də doğurur. Cinayət Məcəlləsinə görə, işəgötürən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin (on nəfər və ondan çox) işlədilməsinə görə, yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə isə işəgötürən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Düzdür, qanunu pozmuş işəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir, ancaq bu haqq ona bir dəfə tanınır, eyni əməl təkrar törədildikdə, işəgötürən heç bir halda cinayət məsuliyyətindən azad edilmir.

 "Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72[email protected]

 MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Xəbərlər