VAKANSİYA! MÜHASİBATLIĞA başlayan üçün KİÇİK MÜHASİB elanı

VAKANSİYA! MÜHASİBATLIĞA başlayan üçün KİÇİK MÜHASİB elanı

Tanınmış şirkətdə karyera qurmaq imkanı
 
Junior Accountant / Kiçik mühasib
Sinteks MMC DUTY 
 
1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış  şirkətlərindən biridir.
 
SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.
 
Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.
 
Hal hazırda Sinteks şirkətinə Kiçik mühasib tələb olunur.
Vəzifə öhdəlikləri:
 
• Pul vəsaitlərinin hərəkəti (ödənişlərin həyata keçirilməsi) və bank qalıqlarına nəzarətin qurulması və pul vəsaitlərinin uçotunun aparılması
• Debitor və kreditorların uçotunun aparılması
• Əmək haqqı cədvəllərinin hazırlanması, hesablanması (həmçinin məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələrinin hesablanması) və uçotu
• Mal-material və xidmət alışlarının mədaxil sənədlərinin uçotu
 
Namizədə qoyulan  tələblər:
 
• Mühasibat uçotu, maliyyə və audit və ya iqtisadiyyat sahəsində ali təhsil
• Ümumi qəbul olunmuş mühasibat uçotu prinsiplərini bilmək
• Mühasibat uçotu sahəsində 0-1 il iş təcrübəsi olanlara üstünlük verilir
• MS Excel bilikləri və Office proqramlarında işləmək bacarıqları
• İngilis və Rus dillərində ən azı orta səviyyədə yazmaq və oxumaq bacarığı
 
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “ Kiçik mühasib” qeyd etmələri xahiş olunur.

0 Komment

    Şərh yazın