VAKANSİYA! AKKORD-dan Yüksək Əmək haqqılı BAŞ MÜHASİB elanı

VAKANSİYA! AKKORD-dan Yüksək Əmək haqqılı BAŞ MÜHASİB elanı

Nahar və nəqliyyat təmin edilir
 
JOB TITLE: Baş Mühasib
EMPLOYER: Akkord Industrial 
 
Baş mühasib
 
• Sərbəst Azərbaycan dili 
• İngilis dili
• Rus dili
• MS Office, LOGO proqramlarında mükəmməl işləmə bacarığı
• Minimum 5 il istehsalat sahəsində əmək fəaliyyəti olmalı
• Xanım namizətlərə üstünlük verilir
 
Vəzifələr:
 
• Baş mühasib  qanunvericiliyi və ona uyğun işlənib hazırlanmış bütün mühasibat uçotu standartlarını və uçota dair digər normativ sənədləri rəhbər tutaraq mühasibat uçotunun ümumi prinsiplərinə riayət edilməsinə nəzarət etmək;
• Cəmiyyət tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatı məlumatları üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin etmək.
• Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının cəmiyyətin təsərrüfat maliyyə fəaliyyətinin yekun əməliyyatları uçotunu təşkil edir və nəzarətini təmin etmək;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu və s. tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib etmək.
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə material qiymətlərinin və  əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanması və cəmiyyətin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək.
• Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görür, lazım gəldikdə dəymiş zərəri ödəmək üçün lazımi tədbirlər görmək;
• Ştat maliyyə və kassa nizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının uçotunun təşkli, çatışmazlıqlarının və digər itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyinin təmin edilməsi işlərini görmək.
• Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünə, tərtibatına və arxivə təhvil verilməsini qanunauyğun şəkildə yerinə yetirilməsini təmi etmək.
• Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot-hesablama işlərinin effektiv mexanikləşdirmə vasitələrinin yeridilməsi işlərinə rəhbərlik etmək;
• Müqavilə öhdəliklərinin icra olunmasına nəzarət etmək; 
• Bankın müxtəlif struktur bölmələri ilə qarşılıqlı əlaqələri təmin etmək ;
• Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir, təqdim olunan hesabatların doğruluğuna görə məsuliyyət daşımaq; 
• Sifariş edilmiş və alınmış mal-materialların mədaxil və məxaric (sərf) əməliyyatlarının uçotunun və dövri inventarizasiyasının aparılmasını təşkil etmək;
• Müəssisənin aylıq və rüblük maliyyə hesabtlarını , məcmu balansını vaxtında hazırlayıb təqdim edir;
• Həm sistematik, həm də birdəfəlik xarakter daşıyan məlumatın öz şöbəsinin işçilərinə ötürmək;
• Rəhbərini maliyyə təsərrüfat pozuntusu hallarının aşkarlanıb qarşısının alınması haqqında məlumatlandırır və onun göstərişləri əsasında müvafiq təbdirlər görmək;
• Daxili və xarici auditin aparıldığı zamanlarda onlara lazımi məlumatların verilməsi və işlərinin aparılmasında dəstək verilməsi;
• Avtomatlaşdırılmış əməliyyat sisteminin (LOGO) qurulması və təkmilləşdirilməsi proseslərində iştirak etmək;
• Maliyyə departamenti direktorunun tələb etdiyi forma və müddətlərdə fəaliyyətlərinə aid hesabatların işlənib hazırlanması və təqdim edilməsi;
• Birbaşa maliyyə departmanent direktoruna, və maliyyə məsələləri üzrə baş direktorun müşavirinə hesabat verçək;
• Maliyyə və təchizat şöbəsinin əməkdaşlarının işə vaxtında gəliş gedişlərinə, geyim və davranış kodekslərinə əməl etməsinə görə məsuliyyət daşımaq;
• Ona həvalə olunmuş digər vəzifələrin düzgün və vaxtlı-vaxtında yerinə yetirilməsinə görə məsuliyyət daşımaq.
• Mühasibat-maliyyə məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil işlərinə rəhbərlik etmək.
 
İş şəraiti:
 
AR Əmək Məcəlləsinə əsasən sənədləşdirilmə
Həftəlik 6 iş günü
Nahar ilə təmin edilmə
Nəqliyyat ilə təmin edilmə
Yüksək əmək haqqı
 
Əlaqə vasitəsi: [email protected]
 
Qeyd: Yüksək səviyyədə Logo Unity proqramında işləmək bacarığı vacibdir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər