Nazirlik hesabatlarla bağlı müraciət etdi: gecikənlər cərimə olunacaq
Maliyyə Nazirliyi illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmələri ilə bağlı Qeyri-hökumət təşkilatlarına müraciət edib. Müraciətdə bildirilir ki, maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq təqdim edilməlidir.
“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib: "Bu qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir".
Xatırladaq ki, Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanına və müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilməli olan digər hesabat və məlumatların, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə -[163]
vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, hesabatların gecikdirilməsinə, qanunvericiliyə müvafiq olaraq hazırlanmamasına, tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə İnizbati Xəatalr Məcəlləsində cərimələr nəzərdə tutulub: “vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir”.
QHT-lər aşağıdakı əlaqə vasitələrilə əlavə məlumat ala bilərlər: tel.: 404 46 99, daxili nömrələr: 129, 282 və 469.
0 Komment
Şərh yazın