Xaricdən kart vasitəsiylə ödəniş edənlərin VERGİ ÖHDƏLİYİ

Xaricdən kart vasitəsiylə ödəniş edənlərin VERGİ ÖHDƏLİYİ

Sual: Mən Turboforex şirkətinə yatırım etmişdim. Onlayn yolu ilə. Məndən 18%-20% vergi tutulub. Azərbaycan Beynəlxalq Bankından kart hesabımdan çıxarış etdim tutulacaq faiz qeyd olunmur. Tutulacaq faizin yazılı qaiməsini mən vergidənmi əldə etməliyəm? Zəhmət olmasa cavab verin.
Əliyev Seymur Ənvər, [email protected], Şirvan (15.03.2018)
Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident tərəfindən elektron ticarət qaydasında işlərin və xidmətlərin göstərilməsi Azərbaycan Respublikasında 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur.
 
Onu da bildiririk ki, sorğunuzda qeyd edilən əməliyyatların rəsmiləşdirilməsinə görə vergi orqanı tərəfindən hər hansı sənədin Sizə verilməsi qanunvericilikdə nəzərdə tutulmur. Belə ki, elektron qaimə-faktura təqdimolunma üzrə baş vermiş əməliyyatı rəsmiləşdirir və malı (işi, xidməti) təqdim edən şəxs tərəfindən onların alıcısına verilir. Sorğunuzda qeyd olunan halda onlayn qaydada xidmətin alışı qeyri-rezidentdən əldə edildiyini nəzərə alaraq əməliyyatın rəsmiləşdirilməsi də məhəz həmin şəxs tərəfindən aparılmalıdır.
 
Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair əlavə məlumata zərurət yarandıqda Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid edildiyindən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
 
Bax: Vergi Məcəlləsinin 168.1.5-ci və 169-cu maddələri.

0 Komment

    Şərh yazın

    Xəbərlər