Qanunvericilikdə Son haqq hesabın gec ödənilməsinə görə cərimə nəzərdə tutulub?

Qanunvericilikdə Son haqq hesabın gec ödənilməsinə görə cərimə nəzərdə tutulub?

Sual: 1. 2017-ci ilin may ayının 31-də işdən azad olunmuşam. Hal-hazırda, yəni oktyabr ayının 17-si olaraq son haqq-hesabı almamışam. Bununla əlaqədar olaraq işə götürəni hansı məsuliyyət gözləyir? 
2.2016-cı ilin aprel ayının yekunlarına görə proqnozun icrası ilə əlaqədar hesablanmış mükafat məbləği üzrə əmr 2016-cı ilin may ayında verilərək həmin ayda hesablanaraq ödənilmişdir. Son haqq-hesab hesablanarkən həmin məbləğ hansı ayın gəliri kimi dəyərləndirilir?
Əhmədov Qadir Ağəhməd, [email protected], Ağsu şəhəri  (23.10.2017)
 
1-2 Cavab: Bildiririk ki, əmək qanunvericiliyinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində müəyyən məsuliyyət tədbirləri, o cümlədən də işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində (riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla) qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1.500 manatadək məbləğdə cərimənin tətbiq olunması nəzərdə tutulmuşdur.
 
Onu da bildiririk ki, vergi ödəyicisinin vergi tutulan gəlirin sənədləşdirilmiş məlumat əsasında əks etdirilməsi baxımından əmək 
haqqı ilə bağlı hesablamaların aparılmasını şərtləndirən sənədlərin vaxtı (vaxtmuzd ödənilən əmək haqqında – işçilərin iş tabeli, mükafatlarda – mükafatlandırma əmrinin verilməsi) gəlirin əldə edildiyi vaxt kimi qəbul olunmasına dəlalət edir.
 
Bununla belə, sorğunuzda qeyd olunan məsələlər barədə geniş izahatların verilməsi bilavasitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid edldiyindən aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
 
Bax: İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi, Vergi Məcəlləsinin 130.1-ci maddəsi.

0 Komment

    Şərh yazın

    Xəbərlər