Çərşənbə, 17 Mart 2021 06:14

Vergi ödəyicisinin dövlətdən aldığı maliyyə yardımı bəyannaməyə necə işlənilir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Vergi ödəyicilərini maraqlandıran əsas məsələlərdən biri də 2020-ci ildə Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin bəyannamədə necə göstərilməsidir. Göründüyü kimi, maliyyə dəstəyi iki halda həyata keçirilib:

- Hüquqi və fiziki şəxslərin muzdlu işçilərinin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi;

- Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyin ödənilməsi.

Mİsal.  Hüquqi şəxs vergi ödəyicisi aprel ayı üzrə əmək haqlarını ödəmək üçün 3000 manat məbləğində maliyyə dəstəyi alıb. Həmin məbləğdə işçilərin əmək haqları, sosial ayırmalar və digər icbari ödənişlər də nəzərə alınıb. Hüquqi şəxsin dövlətdən aldığı əvəzsiz maliyyə yardımı üzrə gəlir satışdankənar gəlir kimi qiymətləndirilsə də, vergi qanunvericiliyində həmin gəlirlər üzrə hüquqi şəxslərə hər hansı güzəşt nəzərdə tutulmayıb. O səbəbdən Mənfəət vergisi bəyannaməsinin 217-ci, “Yuxarıdakı bəndlərə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən əldə edilən gəlirlər)” sətrində 3000 manat qeyd olunacaq:

Vergi ödəyicisinin həmin gəliri mənfəət vergisinə cəlb olunacaq. Eyni zamanda, vergi ödəyicisinin 3000 manatlıq əmək haqqı xərcləri “Xərclər” bölməsində əks etdiriləcək.

Burada bir məqam var ki, əmək haqqı xərci öhdəliyi vergi ödəyicisinin hesablamalı olduğu xərclərə aid edilir. Vergi ödəyicisi Dövlət Vergi Xidmətinin maliyyə dəstəyi olmadığı halda da aprel ayı üzrə xərc öhdəliklərini yerinə yetirməlidir. O səbəbdən hüquqi şəxsin əldə etdiyi maddi dəstəyin əmək haqqı xərcləri ilə əvəzləşdirilməsi fikri ilə tam olaraq razılaşmırıq.

Maddi yardım üzrə əməliyyatların “Mənfəət vergisi” bəyannaməsinin 1 saylı əlavəsində qeyd edilməsinə gəlincə “Pul vəsaitləri” və “”Hesabat dövrünün xalis mənfəəti” sətirlərində qeyd edilməsi məqsədəuyğundur. Çünki dövlətdən alınan vəsait maliyyə yardım olduğu üçün öhdəlik hesab edilmədiyindən “kreditor borcları” vəya “digər öhdəliklər” sətrlərində qeyd olunması düzgün olmazdı.

Sonda bir məsələni də bildirək ki pandemiya ilə əlaqədar müvəqqəti vergi rejiminin tətbiqi zamanı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsində müvəqqəti vergi rejimi müddətində sahibkarlıq subyektlərinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardımın mənfəət (gəlir) vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi nəzərdə tutulsa, sonradan layihədən çıxarıldı.

Dövlət maliyyə dəstəyinin fiziki şəxslərin gəlir vergisi və sadələşdirilmiş vergi bəyannamələrində və hüquqi şəxslərin sadələşdirilmiş vergi bəyananməsində necə əks etdirilməsi nəşrimizin müvafiq bölmələrində verilib.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın