GÖZLƏNİLƏN DƏYİŞİKLİK! Saatlıq əməkhaqqı sistemi hansı hallarda tətbiq ediləcək? (2-ci yazı)

GÖZLƏNİLƏN DƏYİŞİKLİK! Saatlıq əməkhaqqı sistemi hansı hallarda tətbiq ediləcək? (2-ci yazı)

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, müəyyən hallarda işçilərə saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Bəs yeni sistem hansı işəgötürənlərə və işçilərə şamil ediləcək?

MKS Academy tərəfindən 12 noyabr 2026-cı il tarixində saat 19:00-da onlayn formatda keçiriləcək “Əmək Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda tematik təlimdə təklif edilən bütün dəyişikliklər praktiki misallar əsasında ətraflı izah olunacaq. Təlimdə iştirak etmək istəyən şəxslər 050 368-12-72 və ya 055 368-12-72 (WhatsApp vasitəsilə də) telefon nömrələri, yaxud mksacademy2022@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

2027-ci ildən tətbiqi nəzərdə tutulan dəyişikliklərlə bağlı Əmək Məcəlləsinə yeni düzəlişlər paketi Milli Məclisdə müzakirə olunur. MKS.az olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər haqqında oxucularımıza ətraflı məlumat verməyə davam edirik.

Əmək Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinə əsasən, aşağıdakı hallardan biri mövcud olduqda saatlıq əməkhaqqının müəyyən edilməsi nəzərdə tutulur.

Birinci hal. Müəyyən iqtisadi fəaliyyət növlərində bir aydan az müddətə əmək müqaviləsi bağlandıqda.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya daxil olan iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində bir aydan az müddətə əmək müqaviləsi bağlandıqda saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, saatlıq əməkhaqqı sisteminin tətbiq olunacağı iqtisadi fəaliyyət növlərinin siyahısının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi nəzərdə tutulur. Həmin siyahıya kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin daxil edilməsi gözlənilir.

Misal. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisə mövsümi işlərin yerinə yetirilməsi məqsədilə işçi ilə 20 günlük əmək müqaviləsi bağlayır. Müvafiq iqtisadi fəaliyyət növü Nazirlər Kabinetinin təsdiq edəcəyi siyahıya daxil edilərsə, həmin işçi üçün saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur.

İkinci hal. Həftəlik iş vaxtının müddəti 20 saat və ya daha az müəyyən edildikdə.

Təklif edilən dəyişiklik layihəsinə əsasən, həftəlik iş vaxtının müddəti 20 saat və ya daha az müəyyən edildikdə də saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur.

Vacib məqam! Birinci haldan fərqli olaraq, ikinci halda saatlıq əməkhaqqı sisteminin tətbiqi işəgötürənin fəaliyyət göstərdiyi iqtisadi fəaliyyət növündən asılı deyil. Yəni həftəlik iş vaxtı 20 saat və ya daha az müəyyən edildikdə, müəssisənin Nazirlər Kabinetinin təsdiq edəcəyi iqtisadi fəaliyyət növlərinin siyahısına daxil olub-olmamasının əhəmiyyəti yoxdur.

Başqa sözlə, həftəlik iş vaxtı ilə bağlı bu tələb iqtisadi fəaliyyət növündən asılı olmayaraq tətbiq ediləcək.

Misal. İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən müəssisə işçi ilə müddətsiz əmək müqaviləsi bağlayır. Əmək müqaviləsində işçinin həftədə 5 gün, gündə 4 saat işləməsi müəyyən edilir. Beləliklə, işçinin həftəlik iş vaxtı 20 saat təşkil edir.

Müəssisənin fəaliyyət göstərdiyi iqtisadi fəaliyyət növü Nazirlər Kabinetinin təsdiq edəcəyi siyahıya daxil edilməsə belə, təklif edilən dəyişiklik qəbul olunarsa, həmin işçi üçün saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur.

Əmək Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində büdcədən maliyyələşdirilən müəssisələrlə bağlı ayrıca yanaşma nəzərdə tutulur. Belə ki, həmin müəssisələrdə müəyyən edilmiş əməyin ödənilməsi sistemində saatlıq əməkhaqqının tətbiqi nəzərdə tutulduğu təqdirdə, bu sistemdən istifadəyə yol veriləcək.

Dəyişiklik layihəsində saatlıq minimum əməkhaqqının müəyyən edilməsi və işçilərin əməyinin ödənilməsi ilə bağlı yeni təminatların tətbiqi də nəzərdə tutulur. MKS.az olaraq minimum saatlıq əməkhaqqının məbləğinin müəyyən edilməsi, hesablanması və tətbiqi ilə bağlı tələbləri növbəti yazılarımızda praktik misallarla izah edəcəyik.

 

 ƏMƏK MƏCƏLLƏSİNDƏ TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏR: A-DAN Z-YƏ

Praktiki misallarla tematik təlim!

Əmək Məcəlləsində təklif edilən mühüm dəyişikliklər təlim zamanı ətraflı izah olunacaq.

Təlimdə müzakirə ediləcək əsas mövzular:

- Saatlıq əməkhaqqının hesablanması və tətbiqi;

- İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi;

- Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi;

- Əməkhaqqı ödənişlərinin elektronlaşdırılması;

- Digər mühüm dəyişikliklərin praktiki misallar əsasında izahı.

Tarix: 12 noyabr 2026-cı il

Saat: 19:00–21:00

Format: Onlayn (ZOOM)

XÜSUSİ ENDİRİM!

MKS Academy-nin kitablarını əldə edən və ya əvvəlki təlimlərimizdə iştirak etmiş daimi tərəfdaşlarımıza endirim tətbiq olunur.

DƏRSİN VİDEOYAZISINA DAİMİ GİRİŞ İMKANI!

 Qeydiyyat və ətraflı məlumat:

050 / 055 368-12-72

mksacademy2022@gmail.com

MKS Academy

Öyrətmək savab, öyrənmək qazancdır!

 

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

3.  Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

4.  Əməyin uçotu: A-dan Z-yə - 2026

5.  PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

2.  ƏMAS Platforması: A-dan Z-yə 2026

3. Vergi uçotu: A-dan Z-yə 2026

4. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
5. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər