Çərşənbə, 10 Fevral 2021 10:32

Anar Bayramovun təqdimatında: Turagent fəaliyyəti zamanı ödənişlərin həyata keçirilməsi

"Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.9-cu maddəsinə əsasən, turagentlərə ödəmələr nağdsız qaydada həyata keçirilməlidir. Qanunun bu tələbi pozulduqda sahibkarlar maliyyə sanksiyasına məruz qalırlar. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində göstərilir ki, "Nağdsız hesablaşmalar haqqında" Qanunun tələblərinin pozulmasına görə həmin Qanunun 3.4.9-cu maddəsinin tələblərini pozmaqla nağd qaydada ödəmələri qəbul edən şəxsə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

"Turizm haqqında" Qanuna əsasən, turagent dedikdə, turoperator tərəfindən turların satışı, turizm məhsulunun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxslər başa düşülür. Turoperator isə turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatıdır.

Maddədə turagent tərəfindən həyata keçirilən fəaliyyətlərə bunlar aid edilir:

  • turların satışı;
  • turizm məhsulunun hərəkətə gətirilməsi və satışı.

"Turizm haqqında" Qanunda qeyd edilir ki, tur - konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan, turizm məhsulunun vauçer şəklində satılan formasıdır.

Turagent hər hansı bir istiqamət üzrə tur təşkil edərkən ödənişləri nağd qaydada qəbul edə bilməz. Buna yol verən vergi ödəyicisi maliyyə sanksiyası ilə üzləşməli olur.

"Turizm məhsulu" anlayışı da "Turizm haqqında" Qanunda turistlərə göstərilən xidmətlər kompleksi kimi müəyyənləşdirilib. Buraya aiddir:

  • turistlərin yerləşdirilməsi;
  • turistlərin daşınması;
  • turistlərin yeməyi üzrə xidmətlər kompleksi;
  • ekskursiya;
  • bələdçi (bələdçi-tərcüməçi) xidmətləri;
  • səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər.

Vergi ödəyicisi turistlərə ekskursiya və bələdçi xidmətləri təşkil etdiyi zaman ödənişlərin nağd formada qəbul edilməsi maliyyə sanksiyasına səbəb olur.

Turagentlərlə bağlı ən çox rast gəlinən suallar turagent tərəfindən aviabiletlərin satışı ilə bağlıdır.

Misal 1: Tutaq ki, turagent vətəndaşa Bakı-İstanbul-Bakı reysi üzrə aviabilet satır. Vətəndaş biletin pulunu nağd şəkildə ödəsə, turagentə maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki bilet satışı turagentin əsas fəaliyyətinə aid edilmir.

Misal 2: Turagent müştəriyə Türkiyənin Bodrum bölgəsində 7 gün 6 gecəlik turpaket satır. Turpaketə gecələmə, yemək və aviabilet daxildir. Bu halda, turagentə edilən bütün ödənişlər nağdsız formada həyata keçirilməlidir.

Fəxriyyə İKRAMQIZI

Vergiler.az

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın