Bazar ertəsi, 13 Yanvar 2020 06:11

“Əmtəəsiz əməliyyatlar” anlayışının 3 misalla izahı

"Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabında seçmə

“Əmtəəsiz əməliyyatlar” anlayışını sadə şəkildə belə izah etmək olar ki, belə əməliyyatlar zamanı faktiki heç bir mal, iş, xidmət təqdim olunmur, hər şey kağız üzərində mövcud olur, ancaq haqsız yerə, qanunsuz olaraq mənfəət əldə olunur.
Misal 1. Tikinti materiallarının satışı ilə məşğul olan “A” MMC hər biri 100 manatdan olmaqla, 200 ədəd tikini məhsulunun alınması məqsədilə “B” MMC ilə 20 000 manatlıq müqavilə bağlayıb. Vergi nəzarəti tədbirləri zamanı müəyyən olunur ki, “B” MMC tərəfindən malların təqdim olunması prosesi həyata keçirilməyib. Bu, artıq əmtəəsiz əməliyyat hesab olunacaq.

Misal 2. İctimai iaşə fəaliyyəti ilə məşğul olan “Ləzzətli” restoranı vergi ödəyicisi olmayan şəxslə 150 kq kartof və 50 kq ətin alınması məqsədilə 1000 manatlıq müqavilə imzalayıb. Vergi nəzarəti tədbirləri nəticəsində məlum olur ki, “Malların alış aktı” ilə rəsmiləşdirilən alqı-satqı prosesində malların təqdim olunması faktiki olaraq həyata keçirilməyib. Əməliyyatın bu cür rəsmiləşdirilməsi artıq əmtəəsiz əməliyyat hesab edilir.

Misal 3.
Satış sahəsində fəaliyyət göstərən “A” MMC reklam xidmətinin göstərilməsi üçün “B” MMC ilə 30 000 manatlıq xidmət müqaviləsi imzalayır. Müqavilənin şərtlərinə əsasən, “B” MMC reklamlar hazırlayaraq bilbordlarda yerləşdirəcək. Vergi nəzarəti tədbirləri zamanı müəyyən olunur ki, “B” MMC faktiki olaraq bu xidməti göstərməyib. Bu tip xidmət göstərilməsi də əmtəəsiz əməliyyat hesab ediləcək.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

Şərh yazın